Əsas Səhifə > Cəmiyyət > ZAKİR FƏRƏCOVUN “TORPAQ İSTİLASI”

ZAKİR FƏRƏCOVUN “TORPAQ İSTİLASI”


14-07-2012, 14:11
ZAKİR FƏRƏCOVUN “TORPAQ İSTİLASI”

İCRA BAŞÇISI BU İSTİLANI NECƏ REALLAŞDIRIR?

Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun siyasi hakimiyyətin alt pilləsində təmsil olunmasa da, fifayət qədər maddi qüdrətə və himayədara malik olduğu inkaredilməzdir. Məhz bu səbəbdən də artıq xeyli xatdır ki, üzünəməxsus sakitlik və ustalıqla Abşeron torpaqlarına divan tutur, hektarlarla ərazini fərqli üsullarla zəbt edərək öz şəxsi mülkiyyətinə çevirən Z.Fərəcov, bu gün də başçılıq etdiyi rayonda genişmiqyaslı torpaq istilası həyata keçirməkdədir.

Bununla bağlı məlumat verən etibarlı mənbə, Z.Fərəcovun torpaq istilası ilə bağlı şok faktlar açıqlayıb. Məlum olub ki, icra başçısı Abşeron rayonunun balansında olan torpaqları ələ keçirmək üçün öz vəzifə səlahiyyəti ilə yanaşı, tamam başqa üsullardan da istifadə edir ki, bu üsullardan bəzisi öz əcaibliyi ilə diqqət çəkir.

İcar başçısının komandanlıq etdiyi istilanın əsgərləri kimdir?

Mənbənin bildirdiyinə görə, hektarlarla toprağın ələ keçirilməsində Z.Fərəcova yardım edən əsas qurumlardan biri rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrdir. İcra başçısının bu məsələyə yalnız Abşeron rayon Bələdiyyəsinin deyil, həm də Abşeron rayonuna daxil olan kənd bələdiyyələrinin də yardımından gen-bol istifadə etdiyini bildirən mənbə, bələdiyyələrin bu məsələdə icra başçısına həvəslə yardım etdiyini vurğuladı: “İcra başçısı paytaxt ətrafı ərazilər arasında öz qiymətinin bahalığı ilə diqqət çəkən bu torpaqları ələ keçirmək üçün bələdiyyələrin içkanlarından faydalanır ki, bura da yalnız Abşeron rayon Bələdiyyəsi deyil, eyni zamanda Abşeron rayonuna daxil olan bütün Bakı kəndlərinə məxsus bələdiyyələr daxildir. Öz yaxın adamlarını bələdiyyə başçılarının yanına göndərən və onlardan hektarlarla ərazini ayrı-ayrı adamların adına sənədləşdirməyi tələb edən Z.Fərəcov, bu üsulla əksər əraziləri ələ keçirib. İşin ən maraqlı tərəfi isə Z.Fərəcovun sıradan ərazilərə deyil, öz mənzərəsi və əlverişli mövqeyi ilə diqqət çəkən torpaqlarla bağlı tələb irəli sürməsidir”.

Mənbənin sözlərinə görə, icra başçısının şəxsən özü mütamadi sürətdə rayon ərazisi və ona daxil olan kəndləri gəzərək xoşuna gələn torpaqların qeydiyyatını aparır, daha sonra bu əraziləri onun yaxınlarının adına keçirməklə bağlı bələdiyyələrə tələb göndərir: “Z.Fərəcov demək olar ki, hər ay rayon və ona daxil olan kəndlərin ərazisinə baxış keçirir, bununla da rayonda baş verən dəyişikliklərlə tanış olmaqla yanaşı, həm də ən gözəl və əlverişli yerdə qərərlaşan torpaqların qeydiyyatını həyata keçirir. İcra başçısının diqqətini cəlb edən məkanlar isə magistral yolların kənarında yerləşən, habelə öz genişliyi, düzlüyü, yüksəkliyi ilə seçilən kvdrat konfiqurasiyaya malik torpaqlardır. İcra başçısı bu torpaqlardan yalnız təsərrüfat və tikinti məqsədilə deyil, həm də siyasi hakimiyyətin yuxarı pilləsində təmsil olunan bəzi şəxslərə hədiyəə vermək məqsədilə də istifadə edir”.

Bələdiyyələrin icra başçısına olan cənfəşanlığının arxasında nə dayanır?

Bələdiyyələrin torpaq istilasında Z.Fərəcova həvəslə yardım etdiyini bildirən mənbə, bunun səbəbini icra başçısının bələdiyyə sədrləri ilə anlaşmada həm də qarşı tərəfin maraqlarını nəzərə alması ilə izah etdi: “Ədalət naminə qeyd etmək lazımdır ki, Z.Fərəcov öz həmkarlarının əksəriyyətindən fərqli olaraq insanlarla dil tapmaq, onları itaətkarlıqla öz məqsədi naminə istifadə etmək sahəsində böyük istedada malikdir. Məhz bu bacarığın sayəsində bələdiyyə sədrləri ilə başçı kimi fəaliyyətə başladığı elə ilk etapda anlaşan Z.Fərəcov, öz məqsədinə nail olamaq və bu zaman gərəksiz səs-küyə səbəb olmamaq üçün bələdiyyə yetkililərinin maraqlarının da nəzərə alıb. Bu gün icra başçısı və bələdiyyələr arasında əldə edilən razılaşmanın məzmunu bundan ibarətdir ki, bələdiyyələr icra başçısının sifarişlərini yerinə yetirəcək, Z.Fərəcov isə icra başçısı olaraq bələdiyyələrin özünün törətdiyi qanunsuzluqlara göz yummacaq, zərurət olarsa onların müdafiəçisi qismində şıxış edəcəkdir”.

Mənbənin sözlərinə görə, öz vəzifələrini qoruyub saxlamaq və Z.Fərəcovun simasında himayədara yiyələnmək arzusu bu gün rayon ərazisindəki bütün bələdiyyələrin icra başçısına bir əsgər itaətkarlığı ilə qulluq etməsinin başlıca səbəbidir: “Bələdiyyə sədrləri yaxşı bilir ki, Z.Fərəcovun icra başçısı olaraq nəinki onların fəaliyyətinə nəzarət etmək, həm də onlara asanlıqla təziyiq göstərmək imkanları sonsuzdur. Bundan başqa, yol verdiyi qanunsuzluqların mahiyyəti və miqyasına görə icra başçısından heç də geri qalmayan bələdiyyələrin özünün də Z.Fərəcovun simasında güclü bir himayədara ehtiyacı var. Elə buna görə də onsuz da Z.Fərəcovla anlaşmadan başqa yolu qalmayan bələdiyyə sədrləri onların maraqlarına da hörmət edən icra başçısının sifarişlərini can-başla yerinə yetirərək onun yanında öz etimadlarını möhkəmləndirməyə malışırlar. Bələdiyyə yetkililəri arasında çox az insan var ki, onlar Z.Fərəcovla əməkdaşlıq etsə də, icra başçısının dar gündə onlara yardım edəcəyinə inanmır. Onların fikrincə bu günə qədərki yüksəliş yolunda yalnız öz düşmənlərini deyil, yeri gəldikdə dostlarını belə tərəddüdsüz “xərcləyən” Z.Fərəcov, lazımi anda onları himayə etməkdən imtina edəcək, illər uzunu ona sədaqətlə xidmət edən insanları öz talelərinin ümidinə buraxacaqdır”.

P.S. Məsələ ilə bağlı Zakir Fərəcovun torpaq istilasında hansı üsullardan istifadə etməsi, vətəndaşların mülkiyyətində olan torpaqlara necə yiyələnməsi, təsərrüfat xarakterli torpaqların təyinatını necə dəyişdirilməsi ilə bağlı şok məlumatlarla tanış edəcəyik.

Araşdırmamız davam edir. Bizi izləyin...

Geri qayıt