Əsas Səhifə > Hadisə > ŞƏMKİRDƏKİ KABUSUN KİMLİYİ MƏLUM OLDU

ŞƏMKİRDƏKİ KABUSUN KİMLİYİ MƏLUM OLDU


14-07-2012, 13:28
ŞƏMKİRDƏKİ KABUSUN KİMLİYİ MƏLUM OLDU

POLİS ƏHALİYƏ XƏBƏRDARLIQ ETDİ

Son günlər Şəmkir rayonunda əhalininin narahatlığına səbəb olan şübhəli şəxs müəyyənləşdirilib və onun axtarışı istiqamətində iş aparılır. Bunu şənbə günü Trend-ə Şəmkir rayon polis şöbəsinin rəisi polis polkovniki Şükür Mehdiyev bildirib.

O qeyd edib ki, bir sıra KİV-də Şəmkir rayonunda bir neçə şəxsin evlərə girərək əhaliyə xəsarət yetirməsi, qoruxtması ilə bağlı yayılan məlumatlar xeyli şişirdilib.

Onun sözlərinə görə, rayon ərazisində şaiyə yayılıb və əsassız yerə panika yaradılıb.

"Rayon prokurorluğunda, polis şöbəsində araşdırma aparılır. Mənzillərə qanunsuz daxil olma maddəsi ilə (mənzil toxunulmamazlığı ilə bağlı CM-in 157-ci maddəsi) cinayət işi başlanılıb. Bu, hansısa ruhi xəstədir, həyətlərə girir, nə pul tələb edir, nə müqavimət göstərir. Yalnız bir nəfər qadın onu tutmaq istərkən qolunu cızıb qaçıb", - Mehdiyev deyib.

Polis şöbəsinin rəisi əhalini təmkinli olmağa və şaiyələrə uymamağa çağırıb.


Geri qayıt