Əsas Səhifə > Ölkə, Manşet > BAĞLANMIŞ BANKA BƏYLƏR ƏYYUBOV SAHİB ÇIXIR
BAĞLANMIŞ BANKA BƏYLƏR ƏYYUBOV SAHİB ÇIXIR13-07-2012, 16:29 |
BANKIN ƏSAS ORTAĞI OLAN ƏLİ CAM İSƏ ABŞ-DA AXTARILIR DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı «Royal Bank of Baku»nun lisenziyasını ləğv edib. Bunun hansı şəraitdə baş tutması barədə rəsmi qaynaqlar sussa da, əslində bankın fəaliyyətinin qadağan edilməsi sırf olaraq İran-Azərbaycan münasibətlərindəki gərginliklə əlaqədardır. Bildirək ki, «Royal Bank of Baku»nun səhmdarlarından biri ABŞ vətəndaşı olan Əli Camdır. O, əslən iranlıdır və onun yaxın qohumlarından biri hazırda İranın xarici işlər nazirinin müavini postunu tutur. Qeyri-rəsmi məlumatlara görə, Əli Cam Tehranın ABŞ-a və Avropaya məqsədli şəkildə «sürgün» etdiyi xəfiyyələrdən hesab olunur və ABŞ vətəndaşı olmasına baxmayaraq, Vaşinqtona aid iqtisadi çevrələrdə ona heç bir etimad yoxdur. Bu barədə danışan məlumatlı mənbə iddia edir ki, hətta rəsmi Vaşinqton bir neçə dəfə Azərbaycan hakimiyyətinə siyahı da təqdim edib və adları siyahıda yer alan iranlı iş adamlarının fəaliyyətinin əngəllənməsini xahiş edib: «Həmin siyahıda Əli Camın da adı olub ki, rəsmi Bakı tərəfindən okeanın o tayından gələn xahişlər hər dəfəsində rədd edilib». Mənbə DİA.AZ-a bildirir ki, amma bu dəfə artıq irana söykənən maliyyə qaynaqlarının Azərbaycanda şəbəkələşməsi rəsmən dövlət üçün təhlükəli həddə çatdığından «Royal Bank of Baku» kimi iqtisadi qurumlara qarşı tədbirlərin görülməsi zərurətə çevrilib. Bu da nəticədə adıkeçən Bankın fəaliyyətinə qadağanın qoyulmasına gətirib çıxarıb. Mənbəmiz iddia edir ki, əslində «Royal Bank of Baku» fəaliyyətini davam etdirəcək: «Artıq bununla bağlı danışıqlar başa çatıb və bank əvvəlki ortaqlardan birinin nəzarətinə keçir». Qeyri-rəsmi məlumatlara görə, «Royal Bank of Baku»nun lisenziyasının bərpası üçün hərəkətə keçən şəxslərdən biri də general Bəylər Əyyubovdur. Qeyd edək ki, Bəylər Əyyubovun sözügedən bankda payçı olması barədə məlumatlar əvvəlcədən də mətbuatda yer alıb. Murad TƏHMƏZOV DİA.AZ - Geri qayıt |