Əsas Səhifə > Partiya > 1365 NƏFƏR NAMİZƏD OLDU

1365 NƏFƏR NAMİZƏD OLDU


26-10-2011, 11:53
1365 NƏFƏR NAMİZƏD OLDU

30 NOYABRDA HAMI SEÇKİLƏRƏ 

Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 82 seçki dairəsi və 309 bələdiyyə üzrə 1365 nəfərin namizədliyi qeydə alınıb.

Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Məlumata görə, ümumilikdə 1561 nəfər imza vərəqi götürüb. Onlardan 1465 nəfəri imza vərəqələrini qaytarıb.

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanılıb. Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər.

Seçki 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.


Geri qayıt