Əsas Səhifə > Ölkə > "AÇIQ DÜŞMƏNÇİLİYƏ KEÇİRLƏR"

"AÇIQ DÜŞMƏNÇİLİYƏ KEÇİRLƏR"


13-07-2012, 15:06
"AÇIQ DÜŞMƏNÇİLİYƏ KEÇİRLƏR"

RUSLAN BƏŞİRLİNİN "FACEBOOK" SƏHİFƏSİ DAĞIDILDI

Bu gün saat 13:00 radələrində Avropa.info saytının direktoru Ruslan Bəşirlinin "Facebook" səhifəsi dağıdılıb. Demək olar ki, Ruslan Bəşirlinin dostluğunda olan bütün profillər blok edilib.

Avropa.info-ya bu barədə açıqlama verən Ruslan Bəşirli bunu düşünülmüş bir təxribat olduğunu və bu təxribatın kimlərdən qaynaqlandığını bildiyini dedi: " Mən təqribi bilirəm ki, bu təxribatın arxasında kimlər durur. Təəssüf ki, mən heç kimlə düşmənçiliyimin olmadığını dəfələrlə bəyan etsəmdə deyəsən mənimlə açıq düşmənçiliyə keçmək istəyirlər. Bu bir qrup boşboğaz qaragürühun etdiyi əməllərdir. Bildirim ki, mənim "Facebook"dakı profilim cəmi 1 həftə idi ki, qeydiyyatdan keçib fəaliyyət göstərirdi. Mən bu səhifədə nə kimisə ittiham etməmişəm, nə də xüsusi olaraq kiminsə əleyhinə status paylaşmamışam. Sadəcə olaraq, bəzi qaragürühçular mənim həyatda varlığımı belə həzm edə bilmirlər. Bunlara görə, gərək mən həbsxanada öləydim. Mən bu adamlara bir şeyi xatırlatmaq istəyirəm ki, mən mübarizədən qorxmuram. Mən mübarizə görmüşəm, mən 7 illik ağır həbs həyatı görmüşəm ey "Facebook" "qəhrəmanları". Siz isə mən meydanalarda olanda evdə, mətbəxdə qorxa-qorxa dodaqaltı mızıldanaraq "etiraz" edirdiniz. Mən baş verən təqdirə layiq hadisələri deməklə yanaşı, qanunsuzluqlara göz yummuram. Bunu Avropa.info-nu izləyənlər də görür. Sadəcə olaraq, mən sizin kimi qaragürühcasına düşünmürəm. Buna görəmi məndən qisas alırsınız? Mən qisasçılıq hissi ilə yaşamıram və sizə baş qoşmaq da fikrində deyiləm. Mən mübarizə aparanda da öz səviyyəmdə olanlarla mübarizə aparıram. Siz isə buna layiq deyilsiniz.Öncə məni qruplardan çıxarıb indi də səhifəmə hücum edirsiniz. Açıq düşmənçiliyə keçsək sonda İnşallah siz uduzacaqsınız. Mən təbii ki, bu söylədiklərimi hamıya aid etmirəm. Sadəcə adın çəkmək istəmədiyim yerdəki qaragürüha aid edirəm".

Qeyd edək ki, yaxın dəqiqələrdə Ruslan Bəşirlinin "Facebook" səhifəsi bərpa olundu. Amma səhifəyə hücumlar hələ də davam edir.

Geri qayıt