Əsas Səhifə > Hadisə > TEHRAN MÜNASİBƏTLƏRİ YOLUNA QOYMAQ FİKRİNDƏDİR?

TEHRAN MÜNASİBƏTLƏRİ YOLUNA QOYMAQ FİKRİNDƏDİR?


13-07-2012, 14:38
TEHRAN MÜNASİBƏTLƏRİ YOLUNA QOYMAQ FİKRİNDƏDİR?
İRAN BAKIYA ÖZ ELÇİSİNİ YOLLAYIR

İran xarici işlər nazirinin müavini Seyid Abbas Arakçı Azərbaycana gələcək.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfərdə məqsəd ikitərəfli münasibətlərin mövcud vəziyyətini müzakirə etməkdir. Səfərin dəqiq tarixi hələlik bəlli deyil və hazırda razılaşdırılır.

Qeyd edək ki, Azərbaycanda səfərdə olan İranın təhsil naziri Həmidrza Hacıbabayi bu ölkədə həbs olunan azərbaycanlı şairlərlə bağlı suala cavabında bildirib ki, yaxın vaxtlarda İran xarici işlər nazirinin müavini Bakıya gələcək və səfər zamanı bütün məsələlər müzakirə olunacaq.

Geri qayıt