Əsas Səhifə > Güney Press, Araşdırma > İRANIN DAHA BİR İQTİSADİ QOLU “BUDANDI”

İRANIN DAHA BİR İQTİSADİ QOLU “BUDANDI”


13-07-2012, 13:56
İRANIN DAHA BİR İQTİSADİ QOLU “BUDANDI”

“ROYAL BANK” SIRADAN ÇIXDI: SIRA KİMDƏDİR?

Mərkəzi Bank “Royal Bank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyasını ləğv edib. Bu barədə məlumatı bankda məsul vəzifələrdən birini tutan, adının açıqlanmasını istəməyən şəxs verib. Mənbənin məlumatına görə, bankda işlər dayandırılıb, hətta bankın kartları da dondurulub. Hazırda ciddi yoxlamalar gedir. Bu bank vasitəsilə məvacib alanlar belə pullarını götürə bilmirlər. “Onsuz da ATM-lərdə neçə gün idi ki, pul yox idi, bu gün isə pul çıxarmaq istəyənlərlə bank arasında əlaqə yaradılmır”-deyə mənbə bildirib.

“Royal Bank”ın baş ofisindən bildirilir ki, hazırda rəhbərlikdən heç kim işdə yoxdur və onlardan başqa da kimsə açıqlama verə bilməz.

Mərkəz Bankdan isə “Royal Bank”ın lisenziyasının ləğv olunması xəbəri təsdiqlədilər. Lakin əlavə məlumat verilmir.

“Royal bank”ın adını açıqlamaq istəməyə başqa bir əməkdaşı isə məsələnin İranla əlaqədar olduğunu düşünür: “Müşahidə Şurasında və İdarə Heyətində dəyişiklər ediblər. Bankın böyük səhmdarları arasında İranın iş adamları var. “Royal Bank” “Baku elektroniks”in mallarının kreditini aparır. Həm bankın, həm də “Baku elektroniks”in adları WikiLeaks-ın məlumatlarında da çəkilmişdi. Bankda gəzən söz-söhbətə görə, lisenziyasının ləğvi İranın son zamanlar atdığı addımlarla bağlıdır” (Var.az).

Gunxeber.com-un məlumatına görə, WikiLeaks-ın sənədlərində bildirilirdi ki, 2009-cu il martın 6-da isə ABŞ səfiri Enn Dersin (imzası ilə MƏXFİ qrifi altında göndərilən məlumatda Azərbaycanda İranın çirkli pullarını yuyan biznesmenlər və onlara bunda kömək edən Azərbaycan strukturları barədə məlumat verilir: “Məlumatda Bank Melli İranla yanaşı Bank of Baku, Royal Bank və Xalq Bankın adı çəkilir. Bundan başqa Azərbaycanın bir sıra nazirlərinin və təhlükəsizlik rəsmilərinin adları keçir”.

Onu da qeyd edək ki, Gunxeber.com bir müddət əvvəl “Texnikabank”da həbslər keçirilərkən “Royal Bank”da da yoxlamalar aparıldığını və bu bankın da başının üzərini qara buludların aldığını yazmışdı.

“Royal Bank”ın təsisçilərindən biri olan Əli Cam əslən iranlıdır. O, həm də bankın Müşahidə Şurasının sədridir. Amma bankın idarəedilməsində yüksək vəzifəli bir məmurun yaxın qohumu əsas sğz sahibidi.

DİA.AZ bildirir ki, son zamanlar rəsmi Bakı İrana aid iqtisadı rıçaqların zərərsizələşdirilməsi yönündə fəaliyyətə keçib. Bu əsnada hədəfə alınan qurumlar içində “NAB Dış Ticaret” şirkətinin patronu olan iranlı Oromi qardaşlarının şəriklik etdiyi “Bank of Baku”nun, “Hyundai Auto Azerbaijan”ın və Baku Electonics”in də adları çəkilməkdədir. “Royal Bank”a gəlincə isə bu bankda iranlılarla yanaşı hakimiyyətiçi kürd qruplaşmasının da ortaq olduğu bildirilir.

Geri qayıt