Əsas Səhifə > Gündəm, Manşet > AYAZ MÜTƏLLİBOV VƏZİFƏ DAVASINA ÇIXIB

AYAZ MÜTƏLLİBOV VƏZİFƏ DAVASINA ÇIXIB


13-07-2012, 13:38
AYAZ MÜTƏLLİBOV VƏZİFƏ DAVASINA ÇIXIB

İQTİDAR KEÇMİŞ PREZİDENTİN QARŞISINDA HANSI ŞƏRTİ QOYDU?

DİA.AZ: - Dünən belə bir məlumat yayıldı ki, Ayaz Mütəllibovun rəsmi dövlət vəzifələrindən birinə irəli çəkiləcəyi gözlənilir. Bu haqda xəbəri verən «gündeminfo.az» saytı keçmiş prezidentə baş nazirin müavini postunu verilə biləcəyini qeyd edib. Bununla bağlı redaksiyamıza çox maraqlı bir informasiya daxil olub.

Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbənin söylədiyinə görə, əslində Ayaz Mütəllibovla vəzifə söhbəti hələ keçmiş prezident Moskvada olarkən aparılıb və bu mövzuya məhz onun istəyi ilə baş vurulub. Hökumət içindəki qaynaq iddia edir ki, Mütəllibov hakimiyyət adından onunla danışan şəxslərə «nazirlər kabinetində işləyə bilərəm» təklifini etsə də, rəsmi Bakı bu məsələdə konkret cavabını verməyib.

Xatırladaq ki, bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında da sabiq dövlət başçısı «kiçik məmur kimi fəalşiyyət göstərə biləcəyini» diqqətlərə çatdırmışdı.

İndi isə son məlumatlardan aydın olanı odur ki, Ayaz Mütəllibovla hakimiyyət nümaəndələri arasında sözügedən mövzuda danışıqlar davam etdirilir: «Hətta danışıqlar zamanı belə bir təklif də səslənib ki, keçmiş prezident ona ayrılan təqaüddən imtina edərsə, onun hansısa vəzifəyə gətirilməsi mümkündür».

Hər halda Mütəllibovun bu təklifi necə dəyərləndirəcəyini təxmin etmək o qədər də çətin deyil.

Geri qayıt