Əsas Səhifə > Sosial, Manşet > KEÇMİŞ CANGÜDƏN QAZ İDARƏSİNİ NECƏ TALAYIR?

KEÇMİŞ CANGÜDƏN QAZ İDARƏSİNİ NECƏ TALAYIR?


13-07-2012, 12:08
KEÇMİŞ CANGÜDƏN QAZ İDARƏSİNİ NECƏ TALAYIR?

ƏHALİDƏN YIĞIKAN PULU MƏNİMSƏDİKLƏRİNDƏN ARTIQ BORC YAZIRLAR

DİA.AZ: - Nəsimi rayon Qaz İdarəsi barədə redaksiyamıza şikayət daxil olub. Qeyd edək ki, DİA.AZ-a daxil olan məlumatda idarənin rəisindən şikayət edilir. Bildirilir ki, rayonda yerləşən hamamlardan birinə gedən qaz idarəsi işçiləri hamam sahibini külli miqdarda cərimə ediblər. Səbəb kimi isə hamamdakı sayğacın standartlara uyğun olmadığını göstəriblər.

Ancaq bizim də bu barədə apardığımız kiçik araşdırmada məlum oldu ki, cərimə olunan hamamdakı sayğac standartlara tam cavab verir.

Qeyd edək ki, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti hazırda ölkə boyunca istifadə olunan qaz sayğaclarını Türkiyədən sifariş verir. Ancaq yerli qaz idarələrində həmin sayğacların içini elə dəyişidirirlər ki, sayğaclar normadan təxminən iki dəfə artıq yazır.
Cərimə olunan hamamda isə qaz sayğacı normaya uyğun yazdığına görə, onu məsuliyyətə cəlb ediblər.

Mənbəmiz onu da bildirir ki, Nəsimi Qaz İdarəsi hazırda borc içində batır. O, iddia edir ki, buna səbəb idarə rəisinin abonentlərdən yığılan pulları mənimsəməsidir. Hazırda idarənin üstündə külli miqdarda borc olduğunu qeyd edən qaynağımızın sözlərin görə, idarə rəisi büdcədəki kəsiri doldurmaq üçün obyektlərə iri məbləğlərdə cərimələr yazmaqla məşğuldur.

Onu da bildirək ki, külli miqdarda cərimə edilən hamam sahibi Nəsimi rayon qaz idarəsinin rəisinin etdiyi əməldən “Azəriqaz” QSC-yə şikayət edəcəyini deyib.

Nəzərə çatdıraq ki, Nəsimi rayon Qaz İdarəsinin rəisi barədə bu cür iddialar və şikayətlər tez-tez səsləndirilir.

Xatırladaq ki, əvvələr Abşeron rayon qaz idarəsinin rəisi də Nəsimidəki həmkarı kimi işləyirdi. Ancaq sonradan Rövnəq Abdullayev keçmiş cangüdənini Abşerona qaz idarəsinin rəisi göndərdikdən sonra yerli camaatın canı rahatlaşdı. Yəqin ki, Nəsimi rayon qaz idarəsindəki talançılığa da birbaşa Rövnəq Abdullayev müdaxilə etməli olacaq. Nəsimiyə də yeni bir cangüdən rəis təyin olunsa, heç təəccüblənmək lazım deyil. Son dövrlər R.Abdullayevin kadr siyasətinə nəzər saldıqda, cangüdənlərə "stavka" etdiyi bəlli olur. Yəqin ki, bunun səbəbi odur ki, artıq məmurlar ağıl yox, qol gücünə işləyirlər.

Qeyd edək ki, iddiallarla bağlı dəfərlərlə Nəsimi rayon Qaz İdarəsinin rəisi ilə əlaqə saxlayıb, onun da mövqeyini öyrənməyə cəhd etsək də, buna nail ola bilmədik. Onun da mövqeyini yayımlamağa hazırıq.

Geri qayıt