Əsas Səhifə > Şou-biznes > XUMAR QƏDİMOVA REPERTUARINI DƏYİŞDİ

XUMAR QƏDİMOVA REPERTUARINI DƏYİŞDİ


12-07-2012, 14:20
XUMAR QƏDİMOVA REPERTUARINI DƏYİŞDİ

MÜĞƏNNİ NƏYƏ BİGANƏ QALA BİLMƏYİB?

Müğənni Xumar Qədimova məhəbbət nəğmələrinə vurğun olduğunu bir daha sübut etdi.

SİA-nın məlumatına görə, müğənni repertuarında yenilik edib. Bu dəfə xanım Qədimova türk estradasına müraciət edərək yeni bir lirik mahnını özünəməxsus şəkildə ifa edib. O, tanınmış sənətçi Ahmet Kayanın ifasında dinlədiyimiz “Nərdən biləcəksiniz?” mahnısını oxuyub.

Artıq radio dalğalarında səslənən ifa qısa bir zamanda tamaşaçıların qəlbinə yol tapıb. Ahmet Kayanın mahnılarını sevə-sevə dinləyən Xumar Qədimova sözügedən mahnıya biganə qala bilmədiyini dilə gətirib.

Geri qayıt