Əsas Səhifə > Cəmiyyət > RAMİZ MEHDİYEV YENƏ DƏ QALİB GƏLDİ
RAMİZ MEHDİYEV YENƏ DƏ QALİB GƏLDİ12-07-2012, 14:12 |
“XURAL”IN ŞİKAYƏTİ TƏMİN OLUNMAYIB DİA.AZ: - İyulun 12-də Ali Məhkəmədə “Xural” qəzetinin əmlakının müsadirə olunması ilə bağlı məhkəmə keçirilib. Hakim Rəşadət Ağayevin sədrliyilə keçirilən 2 dəqiqəlik müşavirədən sonra məhkəmə "Xural" qəzetinin kassasiya şıkayətini təmin etməyib. DİA.AZ xatırladır ki, “Xural” qəzetinin əmlakı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən qəzet məhkəməyə verildikdən və 10 min manat cərimələndirildikdən sonra redaksiyanın əmlakı Nərimanov rayon məhkəməinin hakimi Sevinc Quliyevanın çıxardığı qərar əsasında oktyabrın 19-da (G.Əhmədovanın "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı haqqında Baş Prokuror yanındaKorrupsiyaya qarşı Mübarizə İdarəsinə şıkayət etdiyi gün) müsadirə olunmuşdu. Sonradan Ramiz Mehdiyevin adı Ə.Zeynallının həbsinə amil yaradan bütün işlərin içindən çıxarılmışdı. Oktyabrın 24-də “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məsələni dəqiqləşdirmək məqsədi ilə Nərimanov Rayon Məhkəməsində olarkən ona R.Mehdiyevin cərimədən imtina etmədiyini bildiriblər. "Xural" qəzetinin əmlakının müsadirə olunmasını tam qanunsuz hesab edən baş redaktor Əvəz Zeynallı məhkəməyə müraciət etmiş, lakin həm özünün həbs edilməsi, həm də cavabdeh qismində PA-nın rəhbəri Ramiz Mehdiyevin olması Azərbaycan məhkəmələrinin qanunsuz və ədalətsiz qərarlar çıxarmasına səbəb olub. Ali Məhkəmənin bu qərarından sonra iş baxılması üçün Avropa Məhkəməsinə göndəriləcək. Geri qayıt |