Əsas Səhifə > Şou-biznes > AYGÜN KAZIMOVA GÖYLƏRDƏN ENMİR

AYGÜN KAZIMOVA GÖYLƏRDƏN ENMİR


12-07-2012, 13:53
AYGÜN KAZIMOVA GÖYLƏRDƏN ENMİR

MÜĞƏNNİMİZ YENİ KLİPİNİN ÇƏKLİŞİNDƏ NƏ ETDİ?

Aygün Kazımova klip çəkilişi üçün fərqli nəqliyyat vasitəsindən istifadə edib.

Day.Az xəbər verir ki, xalq artisti "Futbol" mahnısına klip çəkdirmək üçün helikopterin xidmətindən yararlanıb.

"Bu, mənim ən böyük arzum idi. Həmişə helikopterdə uçmaq istəmişəm. Tək uçmaq deyil, həm də çəkiliş etmək istəyirdim. Uçuş zamanı nələr hiss etdiyimi sözlərlə izah edə bilmərəm. Bu cür hissləri heç vaxt yaşamamışam. Bakıya quş uçuşundan baxmaq, bulvarda gəzən insanlara əl eləmək, onların kimin onlara əl elədiyini görmələri unudulmaz hisslərdir", - o qeyd edib.

A.Kazımova onun bu arzusunun gerçəkləşməsində yardımçı olan hər kəsə minnətdarlıq edib.

"Yeri gəlmişkən, mən deyəndə ki, Bakının üzərində helikopterlə gəzmək istəyirəm, bəziləri güldülər. İndi isə gülmək növbəsi məndədir. Sonuncu gülən yaxşı gülər", - o əlavə edib.


Geri qayıt