Əsas Səhifə > Sosial, Manşet > ŞOK! ƏRDOĞANIN DÜŞMƏNLƏRİNƏ BAKI QUCAQ AÇDI

ŞOK! ƏRDOĞANIN DÜŞMƏNLƏRİNƏ BAKI QUCAQ AÇDI


12-07-2012, 13:40
ŞOK! ƏRDOĞANIN DÜŞMƏNLƏRİNƏ BAKI QUCAQ AÇDI

BAKIDAKI TOPLANTIDA TÜRKİYƏ İQTİDARI SƏRT FORMADA HƏDƏLƏNDİ

DİA.AZ: - Bakıda Türk-Metal Həmkarlar Təşkilatları Konfederasiyasının Direktorlar Şurasının iclası keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev türkiyəli qonaqları salamlayaraq Türkiyənin iri həmkarlar təşkilatının sonuncu qurultayından sonra ilk Direktorlar Şurasının yığıncağının Bakıda keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. S. Mehbalıyev Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə toxunaraq, bunun bütün istiqamətlərdə inkişaf etdiyini diqqətə çatdırıb.

Türk-Metal Həmkarlar Təşkilatları Konfederasiyasının Direktorlar Şurasının baş direktoru Pevrul Kavlak da təşkilatın ali orqanının yığıncağının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Direktorlar Şurasının qurultaydan sonra ilk toplantısının Bakıda keçirilməsi əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcək. P. Kavlak Türkiyədə həmkarlar təşkilatlarının vəziyyəti haqqında da danışıb: “Türkiyədə həmkarlar təşkilatları işçinin inamını itirmək üzrədir. Bizi məhv etmək istəyənlərə qarşı davamlı olaraq mübarizə aparmalıyıq”.

Yığıncaqda Türk-Metal Həmkarlar Təşkilatları Konfederasiyasının növbəti 4 il üçün fəaliyyət planı müzakirəyə çıxarılıb, qarşıda duran məsələlərə dair müvafiq qərarlar verilib. İclasda konfederasiyanın bölgə komitələrinin fəaliyyəti və inkişaf etdirilməsinə dair də müzakirə aparılıb.

Toplantıda AHİK sədri Səttar Mehbalıyev, qurumun müavini Aqil Dadaşov və Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Novruzova xatirə hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, Türk-Metal Həmkarlar Təşkilatları Konfederasiyası 33 komitədən ibarətdir, Direktorlar Şurasının isə 45 üzvü var. Qurum 1963-cü ildə “Türkiyə Metal İş Federasiyası” adı ilə təsis olunub.

ŞOK! ƏRDOĞANIN DÜŞMƏNLƏRİNƏ BAKI QUCAQ AÇDI

Onu da bildirək ki, Türkiyədə «Türk-Metal Sendikası» adı ilə tanınan bu qurumun rəhbəri Mustafa Özbəkdir. Mustafa Özbəyin kimliyinə gəlincə isə onun adının Azərbaycanda ilk dəfə olaraq Türkiyədəki məhşur «Ergenekon» həbsləri zamanı eşidildi. Belə ki, Türkiyənin tanınmış iş adamlarından və zənginlərindən biri olan Mustafa Özbək ART telekanalının, «Armada» Holdinqin və daha bir neçə qurumun sahibidir.

Mustafa Özbək həm də Kipr Türk Respublikasının «sponsoru» kimi də tanınır. Belə ki, özünün sərvəti hesabına Türk Metal Sendikasının patronu Kipr Türk Respublikasına dəfələrlə maliyyə yardımı edib. Mərhum Rauf Denktaşla olan dostluq əlaqələri sonradan da davam etdi və Denktaş uzun müddət Mustafa Özbəyin yanında yer aldı.

ŞOK! ƏRDOĞANIN DÜŞMƏNLƏRİNƏ BAKI QUCAQ AÇDI

«Ergenekon» həbsləri zamanı isə Mustafa Özbək Türkiyədəki «dərin dövlətin» xəzinədarı kimi həbs olundu və o, həbs edilərkən təkcə kabinetindən 4 milyon ABŞ dolları, 3 milyon 560 min avro pul və eləcə də külli miqdarda qızıl-zinət əşyaları müsadirə olunmuşdu.

ŞOK! ƏRDOĞANIN DÜŞMƏNLƏRİNƏ BAKI QUCAQ AÇDI

Bu gün də «Ergenokon» işi ilə bağlı həbsdə saxlanılan Mustafa Özbəyin adamlarının öz tədbirlərini Bakıda keçirmələri isə heç də təsadüfi deyil. Buna bir növ Bakının hansı şəraitdə getməsi də aydındır. Belə ki, Mustafa Özbək əqidəcə avroasiyaçıdır və o, Türkiyənin Avropa Birliyi ilə yox, Rusiya ilə ittifaqa girməsinin tərəfdarıdır. Bu səbəbdən hələ azadlıqda olarkən Mustafa Özbəyin Rusiya ilə, Kremlə gözəl münasibətləri var idi.

Hətta onun bir zamanlar sovet «KQB»si ilə də əlaqələrinin olması söylənilir.

ŞOK! ƏRDOĞANIN DÜŞMƏNLƏRİNƏ BAKI QUCAQ AÇDI

Təbii ki, belə bir mövqeli adamın Rusiyanın təsiri altında olan rəsmi Bakı tərəfindən himayə olunması təəccüblü görünməməlidir. Amma Bakıda Mustafa Özbəyin adamlarının rəsmi Ankaranın ünvanına sərt ifadələr işlətməsi, Ərdoğan iqtidarına yönəlik «bizi məhv etmək istəyənlərlə davamlı olaraq mübarizə aparmalıyıq» şəklində ismarıclar yollaması ən azından iki ölkə hakimiyyətini üz-üzə qoya biləcək səviyyədədir.


Geri qayıt