Əsas Səhifə > Siyasət, Manşet > ZİYA MƏMMƏDOVUN ADI BANK QALMAQALINDA

ZİYA MƏMMƏDOVUN ADI BANK QALMAQALINDA


12-07-2012, 13:08
ZİYA MƏMMƏDOVUN ADI BANK QALMAQALINDA

DÖVLƏTİN ADINA YEYİLƏN PULLAR NN ŞEFİNƏ BAHA BAŞA OTURACAQ

DİA.AZ: - «Neçə müddətdir ki, nazirlərdən biri şantaj olunur». Bu barədə məlumatı DİA.AZ-a hakimiyyət içindəki mötəbər qaynaq ötürüb. Mənbə bildirir ki, nazirlərdən birinin adının keçdiyi çox ciddi korrupsiya faktı bir qrup şəxs tərəfindən şantaj vasitəsi kimi istifadə edilməkdədir.

Bu barədə məlumatlı mənbənin söylədikləri: «Söhbət dövlət adına edilmiş cinayətdən gedir. Belə ki, nazirlərimizdən biri dövlət təminatı ilə öz biznesinin inkişafı məqsədilə banklarından birindən külli miqdarda pul götürüb. Sonradan həmin vəsait nazirliyin hesabından ödənilib. Və əvəzində belə təqdim olunub ki, guya şirkətlərdən biri nazirliyə xidmət göstərib».

Bu hadisənin konkret sənədlərdə əks olunduğunu və yetərincə dəllilərin olduğunu bildirən mənbə qeyd edir ki, sənədləri ələ keçirənlər təhdid etdikləri nazirdən materialların işıqlandırılmamasının və eyni zamanda korrupsiyaya qarşı mübarizə idarəsinə ötürülməməsinin müqabilində 1 milyon manat pul tələb edirlər.

DİA.AZ-a bu barədə bilgini verən qaynaq iddia edir ki, həmin nazir Ziya Məmmədovdur: «O, nəqliyat nazirliyi adından özünün yaxınlarına məxsus bir qurama şirkətə milyonları qazandırıb. İndii bu fakt da bir qrup işbazın əlində təzyiq vasitəsinə çevrilib».

Geri qayıt