Əsas Səhifə > Partiya > MÜXALİFƏT NƏYİN UĞRUNDA MÜBARİZƏ APARIR

MÜXALİFƏT NƏYİN UĞRUNDA MÜBARİZƏ APARIR


11-07-2012, 14:36
MÜXALİFƏT NƏYİN UĞRUNDA MÜBARİZƏ APARIR

VAHİD NAMİZƏD MƏSƏLƏSİ VACİB DEYİL

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu İctimai Palatanın dağılacağı ilə bağlı fikirlər səsləndirib. O, qeyd edib ki, İctimai Palata prezident seçkisinə vahid namizədlə getmək iddiasına düşsə, dağılacaq.

ADP sədrinin fikirləri ilə bağlı FaktXeber.com-a açıqlama verən AXCP-nin sədr müavini Həsən Kərimov bildirdi ki, Sərdar bəyin fikirləri yalnız təəssüf doğurur. İctimai Palata funksionerləri arasında mehriban münasibətin olduğunu qeyd edən Həsən bəy, “İP bu gün vahid namizəd uğrunda yox, seçki məcəlləsinin dəyişdirilməsi və seçki prosesində demokratik mühitin yaradılması üçün mübarizə aparır ”,- deyə bildirdi:

“Əgər demokratik və şəffaf mühit yaradılmasa seçkilərə vahid və ya bir neçə namizədlə qatılmağın mənası olmayacaq. Hakimiyyət yenə də anti-demokratik seçki keçirmək istəyəcək. Ona görə də İP vahid namizəd məsələsinə elə də ciddi əhəmiyyət vermir.”

Həsən bəy onu da qeyd etdi ki, İP-da hazırda vahid namizəd məsələsi ilə bağlı heç bir müzakirə aparılmır: “İsa Qəmbərin və Əli Kərimlinin açıqlamalarından bəlli olur ki, onlar vahid namizəd yox, seçki mühitinin yaxşılaşdırılması uğrunda mübarizə aparırlar.”

Geri qayıt