Əsas Səhifə > Güney Press, Araşdırma > SOYDAŞLARIMIZLA TACİKLƏR ARASINDA QANLI DAVA

SOYDAŞLARIMIZLA TACİKLƏR ARASINDA QANLI DAVA


11-07-2012, 13:59
SOYDAŞLARIMIZLA TACİKLƏR ARASINDA QANLI DAVA

NƏTİCƏDƏ 2 TACİK ÖLDÜRÜLÜB

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılarla taciklər arasında qarşıdurma baş verib.

APA-nın xəbərinə görə, Rusiya Prokurorluğunun İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsi hadisə ilə bağlı rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, iyulun 10-da gecə şəhərin Nevsk rayonunda azərbaycanlılarla taciklər arasında oynanan futbol matçından sonra tərəflər arasında münaqişə yaranıb. Bıçaqlar və dəyənəklərdən istifadə olunmaqla başlayan dava-dalaş zamanı müxtəlif bədən xəsarətləri alan 2 Tacikistan vətəndaşı ölüb. Daha 6 nəfər yaralanıb. Fakt üzrə təhqiqat aparılır.

Geri qayıt