Əsas Səhifə > Gündəm, Manşet > SURƏT HÜSEYNOV PREZİDENTLİYƏ NAMİZƏD OLACAQ

SURƏT HÜSEYNOV PREZİDENTLİYƏ NAMİZƏD OLACAQ


11-07-2012, 13:46
SURƏT HÜSEYNOV PREZİDENTLİYƏ NAMİZƏD OLACAQ

KEÇMİŞ BAŞ NAZİRİN TƏRƏFDARLARI CİDDİ ŞƏKİLDƏ TƏŞKİLATLANMAQDADIR

DİA.AZ: - Məlumat verərək bildirmişdik ki, keçmiş baş nazir Surət Hüseynov yenidən siyasi ambisiyalarını ortaya qoymağa başlayıb və hətta onun yaxınları dəfələrlə ayrı-ayrı yerlərdə geniştərkibli toplantı da keçiriblər. Bəzi xəbərlərdə isə vurğulanırdı ki, Surət Hüseynov siyasi arenaya dönməsi üçün bu dəfə partiya yaratmaq niyyətindədir.

Bununla əlaqədar DİA.AZ-a daxil olan son məlumatlarda qeyd olunur ki, keçmiş baş nazirə yaxın olan şəxslər partiyanın qurulması üçün çox ciddi addımlar atmaqdadırlar: «Onlar mətbuatda da özlərinə ciddi dayaq yaratmaqdadırlar. Bütün KİV-lərlə bağlı planları var. Və yaxın günlərdə Surət Hüseynovu təbliğ edən materiallar geniş ictimaiyyətin diqqətinə çatdırılacaq».

Surət Hüseynovun əsas niyyətinin isə 2013-cü ilin prezident seçkilərində namizədliyini irəli sürməsi ilə bağlı olduğunu bildirən mənbə əslində hüquqi baxımdan sözügedən prosesin imkansız olduğunu da söylədi: «Onun üzərində hələ də məhkumluğu qaldığından, ilkin olaraq keçmiş baş nazirin məhkəməyə məhkumluğunun götürülməsi üçün müraciət edəcəyi gözlənilir».

Əsasən bu ilin sentyabr ayından aktivləşəcəyi gözlənilən surətçilərin həm də köhnə palan içi tökməyə həvəsli olacaqlarını da bildirən mənbəmizə görə, təbii ki bu zaman əsas hədəf müxalifət qüvvələri olacaq: «Surət Hüseynovun indiki hakimiyyətə deyəcək sözü və hansısa sözü deməyə iqtidarı yoxdur. Odur ki, Əli Kərimli ilə İsa Qəmbər keçmiş baş nazirin hücumlarına hazır olmalıdırlar. Eləcə də İsgəndər Həmidov, Pənah Hüseyn kimi keçmiş AXC iqtidarınıni digər kabinet üzvləri də. Çünki Surət Hüseynov onlarla bağlı kampramat xarakterli dosyalar hazırlatdırıb və mətbuata həmin materialların ötürülməsi işi də həyata keçiriləcək».

Geri qayıt