Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DÖVLƏT KOMİTƏSİNDƏN SƏRT CƏZALAR

DÖVLƏT KOMİTƏSİNDƏN SƏRT CƏZALAR


11-07-2012, 13:30
DÖVLƏT KOMİTƏSİNDƏN SƏRT CƏZALAR

47 MÜƏSSİSƏYƏ QARŞI CƏZA TƏDBİRİ

“İstehlak bazarında keyfiyyətsiz məhsulların olmaması dövlətin qarşıya qoyduğu əsas məsələlərdən biridir. Son zamanlar 47 müəssisədə yoxlama-təhlil aparılıb. Həmin yoxlamalar zamanı ciddi faktlar aşkarlanıb”.

SalamNews-un məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Texniki tənzimləmə və standartlaşdırma üzrə Dövlət Xidmətinin rəisi Əbülfət İmanov bildirib.

Xidmət rəisinin sözlərinə görə, əsasən Sumqayıt, Yevlax və Salyan ərazisində su və alkoqollu istehsalı ilə məşğul olan sexlərdə neqativ hallar aşkarlanıb: “Bu müəssisələrdə çirkli kapron butulkalar küçələrdən toplanaraq çirkli halda yenidən su və alkoqollu içkilər doldurularaq satışa çıxarılıb”.

Ə.İmanov deyib ki, bəzi tikinti və sment istehsalı müəssilərində də neqativ hallar aşkarlanıb: “32 kq çəkisi olan torbaları doldurulan sement 40 kq adı ilə istehsalçılara satılıb. Bununla da istehsalçılar aldadılıb”.

Xidmət rəisi vurğulayıb ki, “Abşeron” MMC-də aparılan yoxlamalar zamanı şüşə butulkaların yuyulmadan istifadəsi, şəkər əvəzedicisi və təhlükəli boyaq maddələrindən istifadə halları aşkarlanıb. Yoxlamalar zamanı ümumilikdə 27 min 900 manat cərimə olunub, eyni zamanda bir çox müəssisələrinin fəaliyyəti qadağan edilib.


Geri qayıt