Əsas Səhifə > Siyasət, Manşet > QARABAĞ UĞRUNDA MÜHARİBƏNİN TARİXİ MƏLUMDUR

QARABAĞ UĞRUNDA MÜHARİBƏNİN TARİXİ MƏLUMDUR


11-07-2012, 13:16
QARABAĞ UĞRUNDA MÜHARİBƏNİN TARİXİ MƏLUMDUR

HANSI BEYNƏLXALQ MƏRKƏZİN HESABATI RƏSMİ BAKINI HEYRƏTLƏNDİRİB?

DİA.AZ: - Təxminən bir ay əvvəl Britaniyanın «Oxford» Analitica Araşdırma Mərkəzi Cənubi Qafqazda yenidən müharibənin alovlana biləcəyi ilə bağlı öz hesabatını açıqlamışdı. Xatırladaq ki, bu hesabat Azərbaycanda da böyük ajiotaj yaratdı. Hətta qeyri-rəsmi informasiyalara görə, bu hesabatda yer alan bir sıra məqamların Cənubi Qafqazın əsas münaqişə ocağı hesab olunan Qarabağ müharibəsinin hər iki tərəfi üçün vacib əhəmiyyət daşıyan xüsusi sirrlər olduğundan həm Bakıda və həm də İrəvanda çaşqınlıq da yaranıbmış.

«Oxford»un proqnozlarına görə, son vaxtlar Azərbaycan yeni strategiyaya tərəfdardır: silah alqısının həcmini artırır və 2014-cü ildə operativ hazırlığa nail olmaq istəyir, o vaxta kimi danışıqlarda irəliləyiş olmasa, atəşkəs rejimi haqda sazişin imzalanmasının 20 illiyi ilə əlaqədar müharibəyə başlayacağı ilə hədələyir.

Hərbi büdcənin stabil artımından ruhlanan Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahı bu yaxınlarda bəyanatla çıxış edərək bildirib ki, “işğal olunmuş əraziləri azad etmək və Ermənistan-İran sərhədinə çatmaq üçün 10 gün lazımdır”. Qurum hesab edir ki, əslində Azərbaycan ordusu yeni müharibəyə hazır deyil, erməni tərəfi isə hücuma başlamaq niyyətində deyil, Mərkəzin ekspertləri belə düşünürlər.

“ATƏT-in Minsk Qrupunun indiki formatının saxlandığı şəraitdə danışıqlarda real uğura nail olmaq çətin olacaq. Səbəblərdən biri status-kvo- nun saxlanmasında və ya gərginliyin artmasında daha çox maraqlı olan Rusiyanın mövqeyidir”, - Oxford Analitica-nın sənədində deyilirdi.

Onu da bildirək ki, bununla bağlı DİA.AZ çox mühüm faktları əldə edib. Redaksiyamıza hərbi mənbələrdən ötürülən xəbərə görə, rəsmi Bakının müharibə hazırlığına günü bu gün də çox sərt təpgilər verilməkdədir. Əsas qəzəb nöqtəsi rolunda çıxış edən Kremldir ki, Rusiya hökuməti adından Bakıya gələn Narışkinin səfəri zamanı yenidən Qarabağda müharibə mövzusu ciddi şəkildə dartışılıb. Hətta Narışkin Azərbaycan hakimiyyətinin rəhbərliyinə «əgər müharibə edərsinizsə, daha da məğlub duruma düşəcəksiniz» şəklində Kremlin ismarıcını da çatdırıb.

Mənbəmiz bildirir ki, amma bütün bunlara rəğmən Azərbaycan müharibə tədarükündən vaz keçmək niyyətində deyil: «Bu gün Azərbaycanın hərbi əməliyyatlara yetərincə qabiliyyəti var. Amma faktdır ki, müharibə oyuncaq deyil və bu mühüm qərarın verildiyi an bütün reaksiyalar hesablanmalıdır. Xüsusən də rəsmi Moskvanın davranışları».

Acınacaqlı haldır ki, ayrı-ayrı məqamlarda fikirləri haçalanan dünyanın əks qütbləri Qarabağ müstəvisində az qala eyni mövqeyi ortaya qoyurlar ki, bu da Azərbaycan tərəfini müharibədən çəkindirən yeganə məqamdır. Buna işarə edən mənbəmiz vurğulayır ki, Azərbaycanın arxasında səmimi şəkildə dayanan tək qüvvə Türkiyədir: «Hətta İran belə Qarabağ müharibəsində Azərbaycan ərazilərini bombardman edə bilər. Gözlənilndir. Amma İlham Əliyev Saakaşvili deyil və onun buraxdığı səhvləri təkrarlamaq istəmir. Yəni ilk əvvəl prosesi udmağa çalışan rəsmi Bakı bütün dünyaya, hətta Rusiyanın öjünə belə müharibənin yeganə çıxış yolu olduğunu sübut etmək yolunu tutub».

Bunun üçün isə həqiqətən də zamanın olduğu söylənilir. Mənbəmizə görə, artıq bütün hərbi strukturlar məhz 2014-cü il üçün hazırlanıb: «Ona görə də Böyük Britaniyanın Analitik Mərkəzinin açıqladığı sənəd Azərbaycanda çox ciddi qarşılandı. Bu bir faktdır. Rəsmi Bakı istənilən halda öz torpaqlarını geri alacaq və bu əhvaldadır. Artıq Qarabağa hansısa statusun şiddəti də söz konusu deyil. Hər iki tərəf anlayır ki, statusun formasının müzakirəsi yalnız vaxt uduşuna, əlavə müzakirə ehtiyacının yaranmasına xidmət edir. Amma hər iki tərəf silahlanır. Ermənistan Rusiyaya güvənir. Amma Rusiyanın əbədi dəstəyi imkansızdır. Çünki regionda elə bir geosiyasi silkələnmə gözlənilir ki, rəsmi Moskvanın İrəvanın yanında olması sərfedici olmayacaq. Məhz həmin gün Azərbaycan özünün qələbə naminə atəşini atacaq».


Geri qayıt