Əsas Səhifə > Cəmiyyət > ƏLİ ABBASOV KİMƏ VƏ NİYƏ QƏZƏBLƏNİB?

ƏLİ ABBASOV KİMƏ VƏ NİYƏ QƏZƏBLƏNİB?


10-07-2012, 14:29
ƏLİ ABBASOV KİMƏ VƏ NİYƏ QƏZƏBLƏNİB?

NAZİR QOVŞAQ SƏDRİNƏ CİDDİ XƏBƏRDARLIQ EDİB

Nizami Telekommunikasiya qovşağının rəhbərliyi isə bu xəbərdarlığı qulaqardına vurur

Ötən həftə Nizami rayonunda ciddi internet böhranı yaşanması barədə məlumat vermişdik. Rayon sakinlərinin Bizimxeber.az-a verdiyi məlumatda qeyd olunurdu ki, yaranmış problemin dərhal həll olunmaması, Nizami rayon Telekommunikasiya qovşağında çalışanların qeyri-peşəkar olması və ən nəhayət Qovşağının sədri Mirbaba Babayevin uğursuz fəaliyyəti rayonda vəziyyəti daha da ciddiləşdirib. Aylar uzunu yaranan eyniadlı problem artıq nəzarətdən çıxıb.

Son bir aydır ki, internet ya saatlarla – gün ərzində 4-5 saat verilir, ya da ümumiyyətlə verilmir. Problemin həlli üçün vətəndaşların müraciətlərini qəbul edən qovşağın işçiləri rəislərindən aldıqları tapşırıq əsasında vətəndaşalara problem həll olunacağı vədini verirlər. Amma bu vəədlər yalnız vaxt udmağa hesablanır. Nəticə hələ də yoxdur – böhran davam edir. Ən qəribəsi odur ki, nə Qovşağının sədri Mirbaba Babayev nə də digər aidiyatı şəxslər bu barədə heç bir açıqlama vermək istəmir. Mirbaba Babayev günlərlə işdə olmur, onun köməkçisi Aydın müəllim isə boş-boş göstərişlər verir.

Dünən isə daha bir maraqlı məlumat əldə etmişik. Bu barədə məlumatlı olan şəxsin Bizimxeber.az-a verdiyi məlumatda bildirilir ki, yazılanlardan dərhal sonra vəziyyətin barədə məlumatlanan nazir Əli Abbasov Qovşağının sədri Mirbaba Babayevdən yaranmış vəziyyətin səbəblərinin araşdırılması tələb edib. Müxtəlif bəhanələr gətirən Mirbaba Babayevin dediklərinin cəfəngiyyat olduğunu deyən nazir Abbasov, problemin aradan qaldırılması üçün Qovşaq sədrinə 1 həftə vaxt verib. Üstəlik, Mirbaba Babayevə işində yol verdiyi səhlənkarlığa görə, ciddi tohmət də verilib. Mənbə bildirir ki, Qovşaq rəhbəri yaranmış problemin dərhal həll olunacağını nazir qarşısında söz verib.

Amma deyir sən saydığını say, gör, Mirbaba Babayev nə sayır. Baş verənlərdən qəzəblənən Babayev öz müavinlərinə tapşırıq verib ki, onun barəsində yayılan məlumatın mənbəyini tapsınlar. Rayonda yaranmış internet böhranını aradan qaldırmaq əvəzinə Qovşaqda «satqın» axtarmaq kimə lazımdır? Hansı ki, hələ də bir nəticə verməyib. Çünki, orada «satqın» yox, ciddi internet problemləri mövcuddur. Mənbə deyir ki, artıq Mirbaba Babayev üçün ayrılmış 1 həftə bitib və nəticə isə yenə eynidir- rayonda hələ də ciddi internet problemi var.

Mənbə bildirir ki, yaxın günlərdə nazir Əli Abbasovun əmri ilə Mirbaba Babayev vəzifədən uzaqlaşdırılacaq.

Bir sözlə, Nzirizami Qovşağının sədri Mirbaba Babayevin yarıtmaz fəaliyyəti nazir Əli Abbasovun ölkə telekomunikasiyası üçün gördüyü işləri sadəcə kölgə altına alır. Vətəndaşların narazılığı da öz yerində…

Qeyd edək ki, əldə etdiyimiz məlumata qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz uğursuz alındı. Çünki, Qovşaqdan bildirdilər ki, Mirbaba Babayevlə danışmaq mümkün deyil. Çünki, o işdə olmur.

Geri qayıt