Əsas Səhifə > Siyasət, Manşet > RAMİL USUBOV MÜAVİNİ İLƏ YOLLARINI AYIRACAQ

RAMİL USUBOV MÜAVİNİ İLƏ YOLLARINI AYIRACAQ


10-07-2012, 13:50
RAMİL USUBOV MÜAVİNİ İLƏ YOLLARINI AYIRACAQ

DİN-DƏ VƏ MTN-DƏ SƏS-KÜYLÜ KADR İSLAHATLARINA HAZIRLIQ GÖRÜLÜR

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, rəsmi Bakı bir sıra güc strukturlarında kadr islahatları həyata keçirmək niyyətindədir. Məlumatda deyilirdi ki, həm daxili işlər və həm də mili təhlükəsizlik nazirliklərində həyata keçiriləcək kadr dəyişiklikləri zamanı keçən ilin sonlarından etibarən tətbiq olunmasına start verilmiş «yaş senzi» faktorundan geniş istifadə olunacaq. Xatırladaq ki, buna qədər DİN şəxsi heyətinin komandiri Mehman Mehmanov yaş senzi ilə əlaqədar görəvindən alınmışdı.

DİA.AZ-a daxil olan son məluümatlardan isə aydın olur ki, sözügedən islahatlar zamanı DİN strukturlarında daha bir səs-küylü kadr dəyişikliyi baş verəcək. Hüquq-mühafizə orqanlarındakı mənbəmizin bildirdiyinə görə, bu dəfə Daxili işlər nazirinin müavini Əsgər Ələkbərov görəvindən alınacaq. Onun yerinə kimin təyin ediləcəyi barədə əlavə bilgi verməyən qaynağımızın sözlərinə görə, nazirliyin strukturlarında da oxşar islahatlar gözlənilir.

Onu da xatırladaq ki, az əvvəl MTN-də də kadr islahatlarının yeni dalğasının baş qaldıracağı və onlarla MTN əməkdaşının vəzifələrindən azad ediləcəyini xəbər vermişdik.

Bildirək ki, bu dəfə DİN-nin ən səs-küylü hədəfi kimi diqqətə gələn Əsgər Ələkbərov 1954-cü ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olub.

1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1988-ci ildə SSRİ DİN-in Polis Akademiyasını bitirib. 1988-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin müavini vəzifəsində işləmiş, nazir vəzifəsini icra edib.

1993-1994-cü illərdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Qərargah rəisi, Qaradağ rayon Polis İdarəsinin rəisi vəzifələrində, 1994-2002-ci illərdə Daxili İşlər Nazirinin müavini - Kadrlar İdarəsinin rəisi vəzifəsində xidmət etmiş, Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli 772 №li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini vəzifəsinə təyin edilib.

Prezidentin 31 dekabr 1995-ci il tarixli 3178 №li Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 646 №li Fərmanı ilə isə polis general-leytenantı xüsusi rütbəsi verilib.

Xidmət etdiyi müddətdə cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində, habelə kadr hazırlığı sahəsində, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə bir çox mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 №li Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ailəlidir. 5 övladı var.

Zaman-zaman onun hakimiyyətiçi kürd qruplaşmasının üzvü olduğu da iddia edilib. Hazırda isə onun "Ronahi" Kürd Mədəniyyət Mərkəsinin sədri Kamil Həsənovu himayə etməsi faktdır.

Xatırladaq ki, hazırda həbsdə saxlanılan DİN-in keçmiş rütbəlisi Hacı Məmmədovun hədəfə aldığı məmurlar sırasında Əsgər Ələkbərov da olub. Belə ki, onun qardaşı oğlunun Hacı Məmmədovun dəstəsi tərəfindən oğurlandığı və sonradan böyük pulların müqabilində azad olunduğu bildirilir. Doğrudur, sonradan istintaq materiallarında bu məsələyə yer verilmədi. Amma buna rəğmən sözügedən fakt yetərincə ictimailəşib.


Geri qayıt