Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİ NƏ VAXT SOYUNUR?

MÜĞƏNNİ NƏ VAXT SOYUNUR?


25-10-2011, 13:35
MÜĞƏNNİ NƏ VAXT SOYUNUR?

MƏLƏKXANIM ƏYYUBOVA BUNU İZAH EDİR

Xalq artisti Mələkxanım Əyyubova ANS-in "Günəbaxan" verilişində gənc müğam ifaçılarını tənqid atəşinə tutub.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, o, xanım ifaçıların şalvarda muğam oxumasını bəyənmir. "Ola bilsin ki, şalvar ona yaraşır. Amma onlar bu hərəkətlə muğamı korlayırlar. Bu baxımdan belə geyimdə muğam oxunmasının əleyhinəyəm. Eyni zamanda bu, onların şəxsi işləridir. Nə istəyirlər, geyinsinlər", - deyə M.Əyyubova bildirib. - İfaçının yaradıcılığı olmayanda soyunmağa və ya başqa yollara əl atmağa başlayır".


Geri qayıt