Əsas Səhifə > Şou-biznes > RƏQSANƏ MALDİV ADALARINA GEDİR

RƏQSANƏ MALDİV ADALARINA GEDİR


10-07-2012, 13:26
RƏQSANƏ MALDİV ADALARINA GEDİR

GÖRƏSƏN, MALDİV ADALARI HARA GEDƏCƏK?

Ötən gün qızı ilə uzun səfərə yola düşən Rəqsanə və qızı Aysun Bakıya bir neçə həftə sonra dönəcəklər.

Milli.Az-ın müxbiri ilə söhbətində Rəqsanə yol tədarükündə olduğunu bildirdi.

«Bir neçə saatdan sonra yola düşürük. Öncə yaradıcılıq səfərim var. Bunu başa vurub, istirahətə başlayacağıq. Proqram genişdir. Əvvəlcə Maldiv adalarına gedib maraqlı tətil keçirməyi düşünürük. Bu, həm qızımın, həm də mənim seçimimdir. Daha sonrakı yolçuluq Tailanda nəzərdə tutulub», - deyən Rəqsanə gərgin iş qrafikində çalışdığını xatırlatmaqla, istirahətə çoxdan ehtiyac duyduqlarını diqqətə çatdırdı.

Öyrəndik ki, hər iki istirahət proqramını müğənni və qızı 10 günə sığışdırmaq niyyətindədirlər. Qayıtdıqdan sonra sənətçi xanımı bir sıra yaradıcılıq işlərinin həlli gözləyir.

Geri qayıt