Əsas Səhifə > Şou-biznes > ELŞAD XOSE DƏ QISQANC ÇIXDI

ELŞAD XOSE DƏ QISQANC ÇIXDI


10-07-2012, 13:23
ELŞAD XOSE DƏ QISQANC ÇIXDI

OKSANA BUNDAN SONRA RƏQS ETMƏYƏCƏK

Tanınmış repçi Elşad Xosenin həyat yoldaşı rəqqasə Oksana öz işi ilə məşğul olmayacaq.

Day.Az xəbər verir ki, bu barədə E.Xose yerli telekanallardan birinin efirində deyib.

"Oksana indi də rəqs etmir. O, müəllimlik edir və özünün tələbələri var. Hazırda onun işi Hindistanın Azərbaycandakı səfirliyi ilə bağlıdır. O, səfirliyin tədbirlərində iştirak edir. Bu onunla bağlı deyil ki, mən qadağan etmişəm. Sadəcə olaraq, bundan da vacib işlər var", - o əlavə edib.

E.Xose qeyd edib ki, şəxsi həyatının müzakirə olunmasına qarşıdır. Bunu hər dəfə demək məcburiyyətindədir ki, bəzi insanlar onun haqqında şayiə yaymasınlar.

Geri qayıt