Əsas Səhifə > Dünya > İSTİLƏR DÜNYA NƏHƏNGİNİ HALDAN SALIB

İSTİLƏR DÜNYA NƏHƏNGİNİ HALDAN SALIB


10-07-2012, 13:19
İSTİLƏR DÜNYA NƏHƏNGİNİ HALDAN SALIB

ABŞ-DA 42 NƏFƏR İSTİDƏN DÜNYASINI DƏYİŞİB

ABŞ-ın şərqində rekord istilər davam edir. Artıq 42 nəfərin ölümünə səbəb olmuş isti hava bəzi yerlərdə asfaltın əriməsinə, dəmiryol relslərinin əyilməsinə səbəb olub.

Ölüm halları Çikaqo, Ohayo, Pensilvaniya, Viskonsin və Tennesi ştatlarında qeydə alınıb. İstidən ölənlərin əksəriyyəti elektrik enerjisinin kəsildiyi evlərdə sərinkeşsiz qalan yaşlı adamlardır. İndiana ştatında isə 4 aylıq körpə uzun müddət havasız avtomobildə qaldığı üçün ölüb.

İsti hava şəraiti Kanadanın Ontario şəhərində də həyatı iflic edib.

Geri qayıt