Əsas Səhifə > Gündəm, Manşet > RÖVNƏQ ABDULLAYEV QƏZA TÖRƏTDİ

RÖVNƏQ ABDULLAYEV QƏZA TÖRƏTDİ


10-07-2012, 12:57
RÖVNƏQ ABDULLAYEV QƏZA TÖRƏTDİ

ARDNŞ ŞEFİ SÜRÜCÜSÜNÜN SƏHVİNDƏN BAŞ VERƏN QƏZADAN NECƏ ÇIXDI?

DİA.AZ: - Bu arada redaksiyamıza Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə bağlı maraqlı bir məlumat ötürülüb. Hadisə şahidlərindən birinin DİA.AZ-a bildirdiyinə görə, bir müddət əvvəl metronun «Gənclik» stansiyasının yaxınlığında ARDNŞ prezidentinin də içində olduğu xidməti maşını qəza törədib.

Mənbənin söylədikləri: «Qəza nəticəsində Rövnəq Abdullayevin maşını öz yolu ilə hərəkət edən qarşı istiqamətdəki «Hyundai» markalı maşını vurub. Doğrudur, maşina az zərər dəysə də, sürücünün xanım olması səbəbindən ARDNŞ prezidentinin özü də maşınından düşəsi olub».

Hadisə şahidi bildirir ki, xanım sürücüyə xüsusi diqqət göstərən Rövnəq Abdullayev hadisə yerini tərk etməyib və sürücüsünə müəyyən tapşırıqlar da verib: «Sürücüsü kiminləsə telefonla danışır və çox keçmir ki, bir başqa maşın gəlir və Rövnəq Abdullayev həmin maşınla qəza yerindən uzaqlaşır. Amma getməzdən öncə ARDNŞ prezidentinin arxasınca gələn həmin maşın xanım sürücüyə hamının gözü qarşısında 20 min manat pul verir. Və belə anlaşılır ki, bu qəzanın kompensasiyası olub. Amma realda vurulan maşının xərci maksimum halda 1000 manatı keçməzdi və elə vurulan maşının qiyməti 20 min manat olardı».

Hər halda, Rövnəq müəllimin bu səxavəti təqdirəlayiqdir.

Geri qayıt