Əsas Səhifə > Cəmiyyət > NORVEÇİN KEÇMİŞ SƏFİRİ AZƏRBAYCANI UNUTMAYIB

NORVEÇİN KEÇMİŞ SƏFİRİ AZƏRBAYCANI UNUTMAYIB


25-10-2011, 13:00
NORVEÇİN KEÇMİŞ SƏFİRİ AZƏRBAYCANI UNUTMAYIB

STEYNAR GİL MEDİAYA BASQILARI PİSLƏDİ

"Yeni Müsavat"ın əməkdaşı qəzetlərə qarşı yönələn son məhkəmə iddiaları ilə bagli Norveçin keçmiş səfiri Steynar Gildən açıqlama alıb.

S.Gil "Yeni Musavat"a verdiyi açıqlamada bildirib ki, Azərbaycandakı dostlarından gələn xəbərlər onu göstərir ki, 2006-cı ildə Azərbaycanı tərk etdiyindən bəri ölkədə heç nə dəyişməyib: "Hətta vəziyyət daha da pisləşib. Vəzifəli şəxslərin tənqid olunduqlarına görə mətbuat orqanlarından kompensasiya tələb etmək barədə düşünmələri belə tamamilə absurd və gülüncdür. Avropa Şurasının üzvü olan bir ölkədə mətbuata təzyiqlərin baş verdiyini düşünmək çox çətindir. Mətbuat azadlığı demokratiyanın təməl daşıdır".

Steynar Gil bildirib ki, qəzetlərin bağlanması və jurnalistlərin təqibi antidemokratik rejimlərin göstəricisidir: "Dediklərim istənilən demokratik düşüncəli insanın mövqeyini ifadə edir. Qorxuram ki, mən və mənimlə eyni düşüncədə olan insanların dediklərinə baxmayaraq, Azərbaycanda qəzetləri və jurnalistləri məhkəmələrə sürükləyən insanların düşüncəsi dəyişməsin. Amma nəticə bundan ibarətdir ki, gec-tez başqa dəyişikliklər baş verəcək”.


Geri qayıt