Əsas Səhifə > Cəmiyyət > ƏDLİYYƏ SİSTEMİNDƏ KADR İSLAHATI
ƏDLİYYƏ SİSTEMİNDƏ KADR İSLAHATI9-07-2012, 16:13 |
TÜRMƏ RƏİSİ TƏQAÜDƏ GÖNDƏRİLDİ Azərbaycanda istintaq təcridxanasının rəisi təqaüdə göndərilib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu gün Penitensiar Xidmətin Baş İdarəsində 3 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsini icra edən ədliyyə mayoru Aslan Mirzəyevin təqaüdə buraxılması ilə bağlı təntənəli mərasim keçirilib. Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Aslan Mirzəyevin təcrübəli və intizamlı bir əməkdaş olmaqla 40 ildən artıq müddətdə tutduğu vəzifələrdə sədaqətlə xidmət etdiyini, işə münasibətilə digər əməkdaşlara daim nümunə olduğunu bildirərək, 60 illik yubileyi ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyi və şəxsi heyət adından onu təbrik edib. Qüsursuz xidmətə görə, eləcə də 60 illik yubileyi münasibətilə Aslan Mirzəyevə Ədliyyə Nazirliyinin rəhbərliyi adından qiymətli hədiyyə təqdim olunub. Geri qayıt |