Əsas Səhifə > Ölkə > HACI MƏMMƏDOV GÖRÜŞLƏRDƏN İMTİNA EDİB

HACI MƏMMƏDOV GÖRÜŞLƏRDƏN İMTİNA EDİB


9-07-2012, 15:18
HACI MƏMMƏDOV GÖRÜŞLƏRDƏN İMTİNA EDİB

O, HEÇ KİMLƏ GÖRÜŞMƏK İSTƏMİR

Daxili İşlər Nazirliyinin sabiq əməliyyat müvəkkili, adam oğurluğunda və çoxsaylı qətllərdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədov heç kimlə görüşmək istəmir.

Bunu Modern.az-a saytına açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

“Hacı Məmmədov daha heç kimi görmək istəmir, yaddan çıxarılmasını istəyir. Lakin unudulmağını istəsə də, o yaddan çıxa bilməz. Onun xeyli ölüm işlərində əli var. Özü isə ağır şəkər xəstəsidir. Bu baxımdan özünü dədə-baba üsulu ilə müalicə edir. Bundan başqa evdən ona vərəq gətirirlər, şəkillər çəkir. Bununla başını qatır. Məndə onun çəkdiyi, arxası imzalı bir neçə rəsm var”.

Hacı Məmmədovun xatirələr yazmaq istəməsinə gəlincə, E.Behbudov onun bundan tamamilə uzaq olduğunu deyib:

“H.Məmmədov tam olaraq istəyir ki, camaatın yadından çıxsın. Amma bu mümkün olan deyil. Çünki o, nə qədər ölüm işlərində məsuliyyət daşıyır”.

Sabiq polis polkovniki Hacı Məmmədov 2005-ci ildə tutularaq silsilə qətllərə və adam oğurluqlarına görə ömürlük həbs cəzasına məhkum olunub. Qanunla o, cəzasını Qobustan həbsxanasında çəkməli olsa da, indiyədək istintaqını aparmış MTN-in təcridxanasında saxlanır.

Geri qayıt