Əsas Səhifə > Cəmiyyət > OQTAY ƏSƏDOV BƏYAN ETDİ
OQTAY ƏSƏDOV BƏYAN ETDİ25-10-2011, 12:53 |
“YENİ QANUN HƏR ÜÇ KEÇMİŞ PREZİDENTƏ ŞAMİL OLUNACAQ” “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu” Azərbaycanın bütün sabiq prezidentlərinə şamil olunacaq. APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında qanun layihəsi ilə bağlı aparılan müzakirələrdə spiker Oqtay Əsədov deyib. Millət vəkili Vahid Əhmədovun «Bu qanun keçmiş prezidentlər Ayaz Mütəllibov və Əbülfəz Elçibəyə şamil olunacaqmı» sualını cavablandıran spiker bu qanunun müddəalarının hər iki eks-prezidentə və onların ailələrinə şamil olunacağını qeyd edib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, sözügedən qanun Konstitusiya qanunudur və impiçment yolu ilə vəzifəsindən azad edilməmiş prezidentlərə şamil oluna bilər. Geri qayıt |