Əsas Səhifə > Hadisə > BAKIDA DƏHŞƏTLİ HADİSƏ

BAKIDA DƏHŞƏTLİ HADİSƏ


9-07-2012, 12:07
BAKIDA DƏHŞƏTLİ HADİSƏ

ƏR ARVADINI VƏ QIZINI BIÇAQLADI

Bakıda ər həyat yoldaşını və qızını bıçaqlayıb.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Hadisə iyulun 8-də Salatın Əsgərova küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan Abbasqulu Tanrıverdiyev ailə münaqişəsi zəminində bıçaqla arvadı Səkinə Rəhimovaya və qızı Zemfiraya bıçaq xəsarətləri yetirib. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən A. Tanrıverdiyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt