Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏRİ TƏRƏFDİNDƏN DÖYÜLƏN QADIN CANA DOYDU VƏ...

ƏRİ TƏRƏFDİNDƏN DÖYÜLƏN QADIN CANA DOYDU VƏ...


8-07-2012, 15:22
ƏRİ TƏRƏFDİNDƏN DÖYÜLƏN QADIN CANA DOYDU VƏ...

ƏRİNİ QƏTLƏ YETİRDİ

Qusar rayonunda qətl hadisəsi baş verib.

Qusar Rayon Prokurorluğundan APA-nın şimal bürosuna verilən məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.

Qusar rayon sakini, 1968-ci il təvəllüdlü Ərzimanov Elşad Mövlan oğlu iyulun 7-si axşam saatlarında içkili vəziyyətdə evə gələrək həyat yoldaşını, 1970-ci il təvəllüdlü Ərzimanova Ruhəngiz Təsəlli qızını döyməyə başlayıb.

Bu vaxt R. Ərzimanovanın əlindəki bıçaq ərinə dəyib. E. Ərzimanov aldığı bıçaq zərbəsindən dünyasını dəyişib.

E. Ərzimanovun spirtli içkilərə meylli şəxs olduğu və həyat yoldaşını mütəmadi döydüyü bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Geri qayıt