Əsas Səhifə > Siyasət, Manşet > ƏLİ İNSANOVUN MƏSƏLƏSİ HƏLL OLUNDU

ƏLİ İNSANOVUN MƏSƏLƏSİ HƏLL OLUNDU


8-07-2012, 14:51
ƏLİ İNSANOVUN MƏSƏLƏSİ HƏLL OLUNDU

KEÇMİŞ NAZİR ŞƏRTİ OLARAQ AZADLIĞA BURAXILA BİLƏR

DİA.AZ: - Bir neçə gün əvvəl Azərbaycanın bir qrup tanınmış simaları Avropa İnsan Haqqları Məhkəməsinin rəhbərliyinə hazırda həbsxanada saxlanılan 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunmuş, sonradan - 2007-ci ildə yalnız iqtisadi cinayətkarlığa görə mühakimə olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa buraxılması üçün müraciət ünvanlamışdı.

Bununla bağlı DİA.AZ-a məlumat verən məlumatlı mənbənin sözlərindən belə aydın olur ki, artıq AİHM-də ziyalıların müraciətinə baxılıb və hətta bununla bağlı rəsmi Bakıdan sorğu da istənilib: «Sorğuda əsas olaraq keçmiş nazirin səhhətinin durumu ilə bağlı hesabat istənilib, eyni zamanda Əli İnsanov barəsində təkrar məhkəmənin qurulması tələbi də yer alıb».

Mənbəmiz bildirir ki, təxminən son iki həftə ərzində AİHM rəhbərliyi ilə rəsmi Bakı arasında Əli İnsanov mövzusunda danışıqlar aparılıb və tərəflər arasında əldə olunan anlaşma ilə keçmiş səhiyyə nazirinin cəzasının yerdə qalan hissəsinin şərti şəkildə çəkməsi mümkündür. Yəni Əli İnsanovun cəzası şərti cəza ilə əvəzlənə bilər.

Mənbəmiz onu da bildirdi ki, anlaşmaya görə, sentyabr ayına qədər keçmiş nazirin təkrar məhkəməsi keçiriləcək.

Geri qayıt