Əsas Səhifə > Şou-biznes > JURNALİSTLƏR ÜÇÜN BAKIDA AÇIQ TOY

JURNALİSTLƏR ÜÇÜN BAKIDA AÇIQ TOY


8-07-2012, 12:31
JURNALİSTLƏR ÜÇÜN BAKIDA AÇIQ TOY

NAZPƏRİ DOSTƏLİYEVA İKİNCİ OĞLUNU DA EVLƏNDİRİR

Xalq artistinin sevincli günü haqqında bəzi detallar açıqlanıb.

Milli.Az-a daxil olan məlumata görə, Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Nazpəri Dostəliyevanın ikinci oğlu Əkbərin toy günü təxmini də olsa, dəqiqləşib. Öyrəndik ki, Nazpəri xanım sentyabrın ilk ongünlüyündə oğlunun ən xoş gününü təmtəraqlı bir şəkildə qeyd edəcək.

Bank sektorunda çalışan oğlu elə öz iş yoldaşı ilə nişanlıb. Bir-birilərinə könül verən gənclər el adəti ilə 2011-ci ilin iyunun 26-da sırf qohumların iştirakı ilə barmaqlarına üzük taxıblar. Onu da vurğulayaq ki, Nazpəri xanım illər öncə birinci oğlu Əlinin toy mərasimində KİV əməkdaşlarını xüsusi qonaqlar qismində dəvət etmiş və toyun işıqlandırılmasına heç bir qadağa qoymamışdı.

Xalq artistinin yaxın ətrafından dəqiqləşdirdik ki, xanım Dostəliyeva Əkbərin toyunu işıqlandırmaqdan ötrü jurnalistlər üçün hansısa qadağalar tətbiq etməyəcək.

Geri qayıt