Əsas Səhifə > Şou-biznes > FAİQ AĞAYEVDƏN YENİ PROJE

FAİQ AĞAYEVDƏN YENİ PROJE


8-07-2012, 12:14
FAİQ AĞAYEVDƏN YENİ PROJE

MÜĞƏNNİ İSTƏYİNİ “İSTƏYİRƏM”Ə ÇEVİRDİ

Azərbaycanın xalq artisti Faiq Ağayev bu isti yay aylarında belə dincəlmək fikrində deyil, deyəsən. Bu, müğənninin yenicə ərsəyə gətirdiyi mahnıdan bəllidir. Belə ki, F.A. sözləri Ülviyyə Alovluya, musiqisi isə Emin Kərimiyə aid olan "İstəyirəm" mahnısını artıq tamaşaçılarının ixtiyarına buraxıb.

Uzun müddətdir ki, mahnı üzərində işləyən xalq artisti Facebook sosial şəbəkəsi vasitəsilə, "Yes! "İstəyirəm!" hazırdır. Xeyirli olsun, İnşallah!" - deyə sevincini paylaşmağı da unutmayıb.

O, istədiyinə nail oldu. Həmkarlarından həmişəki kimi fərqləndi. İstirahət həzzini ərsəyə gətirdiyi mahnılarından aldı. Budur, əsl xalq artisti! Uğurlar!

Geri qayıt