Əsas Səhifə > Güney Press, Araşdırma > RUS QOŞUNLARI YENİDƏN AZƏRBAYCANA QAYIDA BİLƏR

RUS QOŞUNLARI YENİDƏN AZƏRBAYCANA QAYIDA BİLƏR


8-07-2012, 11:55
RUS QOŞUNLARI YENİDƏN AZƏRBAYCANA QAYIDA BİLƏR

VƏFA QULUZADƏ HƏYƏCAN TƏBİLİ ÇALIR

"ATƏT-in Baş katibi Lamberto Zanyerinin Azərbaycana səfərinin əhəmiyyəti Qərb, ATƏT, ABŞ, və Avropa İttifaqının regiona, xüsusən də Azərbaycana olan maraqlarının göstəricisidir".

Bunu SalamNews–a politoloq Vəfa Quluzadə ATƏT-in Baş katibi Lamberto Zanyerinin Azərbaycana səfərinin əhəmiyyəti barədə danışarkən bildirib.

O deyib: “Əgər Qərb ölkələri və beynəlxalq təşkilatlar maraqlarını nümayiş etdirməsələr, meydanda təkcə Rusiya qalar. Belə olan halda Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli adı altında Azərbaycanda qoşunlarını yerləşdirməyə çalışır. Çünki bu münaqişə başlayandan rəsmi Moskva təklif edir ki, ya BMT münaqişə bölgəsində Rusiya sülhməramlı qoşunlarının yerləşdirilməsi üçün mandat versin, ya da Azərbaycanın razılığı ilə onlar gəlib torpaqlarımızı erməni işğalından azad etsin”.

Politoloq vurğulayıb ki, Rusiyanın Qarabağda sülhməramlı qoşunlar yerləşdirməsinin özü elə işğal deməkdir. Ona görə də ATƏT, ABŞ və Avropa İttifaqının nümayəndələrinin Azərbaycana gəlməsinin əhəmiyyəti böyükdür. Bu onu göstərir ki, Azərbaycan tək deyil.

Onun sözlərinə görə, Rusiya imperiyası çökməkdədir. Neftin qiymətləri aşağı düşür. Sovet İttifaqı çökəndən bəri, onlar heç nə yaratmayıblar, heç bir islahat aparmayıblar və tamamilə neftdən asılıdırlar. Bu baxımdan ATƏT-in nümayəndəsinin səfəri əhəmiyyətlidir. Lakin o dərəcədə sadəlövh olmaq lazım deyil ki, ATƏT dərhal Dağlıq Qarabağ məsələni həll edəcək”.

V.Quluzadə söyləyib ki ki, nəticədə bu problem həll olunacaq, Dağlıq Qarabağ Azərbaycan ərazisidir, bunu hamı bilir və tanıyır: “Münaqişə başlayandan bəri ermənilər öz xeyirlərinə nəticə qazana bilməyiblər. Torpaqlarımız mütləq qayıdacaq. Buna bir az da vaxt lazımdır”.


Geri qayıt