Əsas Səhifə > Sosial, Manşet > İMTAHAN SEZONU “MÜƏLLİM OVU” SEZONUNA ÇEVRİLİR

İMTAHAN SEZONU “MÜƏLLİM OVU” SEZONUNA ÇEVRİLİR


7-07-2012, 15:10
İMTAHAN SEZONU “MÜƏLLİM OVU” SEZONUNA ÇEVRİLİR

BİR NEÇƏ ALİ MƏKTƏBİN MÜƏLLİMİNƏ QARŞI ŞOK ƏMƏLİYYAT HAZIRLANIR

DİA.AZ: - Keçən ilin əvvəllərində start düyməsi basılan antikorrupsiya tədbirləri yenidən intensivləşmə yolundadır. Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mənbə iddia edir ki, yenə də əsas hədəflər sırasında hərbi komissarlıq sistemi və icra strukturları olacaq.

«Lakin bu dəfə əsas hədəflərdən biri də təhsil sahəsi olacaq» deyən mənbəmiz vurğulayır ki, xüsusi olaraq ali tədris ocaqları ilə bağlı korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində ciddi addımların atılması planlaşdırılır:

«Hal-hazırda, məsələn, Bakı Dövlət Universitetinin orta statuslu müəllimi 400-500 manat maaş alır və maaşların əlavə olaraq artırılması da nəzərdə tutulur. Yəni bu şəkildə təminatın qarşılığı olaraq müəllimlərin rüşvətə meyillənməsinin əngəllənməsi də düşünülür».

Mənbə bildirir ki, amma elə müəllimlər var ki, hətta onlara 2000 manat maaş veriləcəyi təqdirdə belə, rüşvətdən imtinası mümkünsüzdür: «Məhz sözügedən müəllimlərlə bağlı çox sərt addımlar planlaşdırılır. Hətta bəzilərinin həbsi belə mümkündür».

Artıq Bakı Dövlət Universitet idə daxil olmaqla 300-ə yaxın ali məktəb müəlliminin adının «qara siyahı»da olduğunu bildirən mənbəmiz 9 sentyabr tarixindən etibarən konkret addımların atılacağını bildirdi.

Onu da bildirək ki, bir müddət əvvəl antikorrupsiya tədbirləri çərçivəsində BDU-nun tanınmış işçisi Məhəmməd İmanlı 40 min manat rüşvəti alarkən həbs olundu. Indi də ali məktəblərdə imtahan sezonu başladığından əslində həm də korrupsioner müəllimlərin “ovu” üçün də münbit şərait yaranmaqdadır.

Məhz bunu diqqətə gətirən mənbəmiz bildirdi ki, artıq bir neşə müəllimlə bağlı korrupsiyaya qarşı mübarizə idarəsinə müəyyən siqnallar ötürülüb.

Geri qayıt