Əsas Səhifə > Ölkə > “KAPİTALBANK”IN VƏZİFƏLİ İŞÇİLƏRİ HƏBS OLUNDU
“KAPİTALBANK”IN VƏZİFƏLİ İŞÇİLƏRİ HƏBS OLUNDU7-07-2012, 14:15 |
ONLARA QARŞI ŞOK İTTİHAM "Kapital Bank"ın şöbə müdiri başda olmaqla bir qrup şəxsin saxta üsullarla ipoteka krediti götürməsi faktına görə cinayət işi başlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini Amil Abdullayevin "Kapital Bank" ASC-nin şöbə müdiri Fərid Bəxtiyarov ilə cinayət əlaqəsinə girərək "Nur" MMC-dən mənzil alması və neft şirkətində işləməsi barədə saxta arayışlar əldə edərək, qayınatası Məhəmməd Əhmədova məxsus Binəqədi rayonundakı mənzili girov qoyaraq "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Yasamal filialından 44000 manat ipoteka krediti götürərək mənimsəmələri DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb. Geri qayıt |