Əsas Səhifə > Dünya > RUS DİLİ BÖHRANI DAVAM EDİR

RUS DİLİ BÖHRANI DAVAM EDİR


6-07-2012, 14:33
RUS DİLİ BÖHRANI DAVAM EDİR

UKRAYNALI SPİKERİN İSTEFASI QƏBUL OLUNMADI

Ukrayna Ali Radası sədr Vladimir Litvinin istefası məsələsinə baxmayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu məsələnin gündəmə salınmasına heç bir deputat səs verməyib. Parlamentin sədr müavini Adam Martınyuk Vladimir Litvinin səsvermə nəticəsində yenidən etimad qazandığını söyləyərək onu təbrik edib.

Qeyd edək ki, parlament ölkədə rus dilinin tətbiqi sahələrinin genişləndirilməsi haqqında qanun layihəsini qəbul etdikdən sonra V. Laitvin istefaya gedəcəyini açıqlamışdı.

Geri qayıt