Əsas Səhifə > Ölkə > İLHAM ƏLİYEV TÜRKİYƏYƏ GETDİ

İLHAM ƏLİYEV TÜRKİYƏYƏ GETDİ


25-10-2011, 11:55
İLHAM ƏLİYEV TÜRKİYƏYƏ GETDİ

O, İZMİRDƏ OLACAQ

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 25-də Türkiyəyə səfərə yola düşüb. APA-nın məlumatına görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Qeyd edək ki, prezident İ. Əliyev Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının İzmirdə keçiriləcək ilk iclasında və ARDNŞ-in yeni neft-kimya müəssisəsinin təməlqoyma mərasimində iştirak edəcək.

Bundan başqa, dövlət başçısının Türkiyədə rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.


Geri qayıt