Əsas Səhifə > Şou-biznes > SEVDA ƏLƏKBƏRZADƏ ADINI DƏYİŞDİ

SEVDA ƏLƏKBƏRZADƏ ADINI DƏYİŞDİ


6-07-2012, 13:27
SEVDA ƏLƏKBƏRZADƏ ADINI DƏYİŞDİ

BACISI ONA SEVGİ ADINI QOYDU

Dünən müğənni Sevda Ələkbərzadənin ad günü idi. 35 yaşını qeyd edən istedadlı müğənni şad günündə yaxınlarını başına toplayaraq, sevincini onlarla bölüşüb. Mərasimin canlı şahidi olmasaq da, facebook-a yerləşdirilən şəkillərdən görünür ki, tədbir səmimi və şən əhval ruhiyyədə keçib.

Müğənninin bacısı Emma Ələkbərzadə ona xoş arzularını facebook statusu vasitəsilə də çatdırmağı unutmayıb. O yazırdı: “Salam, mənim əzizlərim! Dünən mənim doğma bacım Sevgi Ələkbərzadənin ad günü idi. Fürsətdən istifadə edərək ona bir daha ən yaxşı diləklərimi – sağlamlıq və xoşbəxtlik arzularımı çatdırmaq istəyirəm! Maraqlananlar üçünsə dünənki mərasimin şəkillərini təqdim edirəm”.

Fikir verdinizsə, bacısı Sevda Ələkbərzadəni Sevgi adlandırdı. Qoy bu sevgi bacılar arasında əbədi körpüyə çevrilsin və körpü daim sənətsevərlərlə dolu olsun!

Geri qayıt