Əsas Səhifə > Sosial, Manşet > MTN-DƏ NÖVBƏTİ KADR İSLAHATI DALĞASI
MTN-DƏ NÖVBƏTİ KADR İSLAHATI DALĞASI6-07-2012, 13:03 |
ELDAR MAHMUDOV ÖZ KADRLARINI YERLƏŞDİRMƏK NİYYƏTİNDƏDİR DİA.AZ: - Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov rəhbəri olduğu dövlət qurumunda kadr islahatlarına hazırlaşır. Bu barədə məlumatı hüquq-mühafizə orqanlarındakı qaynaqlar DİA.AZ-a ötürüb. Məlumatı verən mənbənin sözlərindən belə aydın olur ki, bu dəfəki dalğa daha böyük miqyaslı olacaq. Xatırladaq ki, nazir kürsüsünə əyləşdikdən sonra Eldar Mahmudov təxminən 300-ə yaxın MTN əməkdaşını işindən kənarlaşdırmışdı. Həmin ərəfədə yerli mətbuatda böyük ajiotajla qarşılanan bu hadisəni bəziləri Eldar Mahmudovun öz komandasını qurma təşəbbüsləri kimi də dəyərləndirmişdilər. İndi isə daha böyük dalğanın start götürəcəyini bildirən məlumatlı mənbə iddia edir ki, bu dəfə əsasən Eldar Mahmudovun nazir olduğu dönəmdə MTN-nin Akamediyasından məzun olmuş kadrlara daha çox üstünlük veriləcək. Mənbəmizin söylədikləri: «Əslində ilk baxışdan bu normal bir prosesdir. Yəni Eldar Mahmudov gənc kadrlara vəzifə verir. Amma tərs olan tərəfi odur ki, əvvəlki ələmə dalğasında olduğu kimi, bu dəfə də əksər peşəkar MTN-çilər vəzifələrindən uzaqlaşdırılacaq. Bunun isə Azərbaycanın bir dövlət olaraq mili təhlükəsizlik sektoruna nələrə mail olacağını söyləmək çox çətindir. Yəni yeni gələn kadrlar peşəkarları əvəz edə biləcəkmi? Hər halda, ilk baxışdan bu imkansız kimi görünür». Mənbəmiz onu da bildirdi ki, Eldar Mahmudov bu dəfəki ələmədə də keçmiş MTN şefi Namiq Abbasovdan qalma kadrlara qarşı addımları planlayır: «Yəni hələ də Namiq Abbasovun dövründən qalan kadrlar MTN strukturlarındandır və Eldar Mahmudov nədənsə həmin peşəkarlara etimad göstərmir. Hətta əməliyyatlar hazırlanarkən də Eldar Mahmudovun polis orqanlarından transfer etdiyi kadrlara üstünlük verilir». Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |