Əsas Səhifə > Partiya > KXCP BƏYANAT VERDİ

KXCP BƏYANAT VERDİ


25-10-2011, 11:53
KXCP BƏYANAT VERDİ

QURUM QAQB-YƏ DƏ DƏSTƏK VERİR

DİA.AZ: - Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan DİA-ya verilən məlumatda bildirilir ki, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib.

Məlumatda o da bildirilir ki toplantı zamanı partiyanın İdarə Heyəti adından bəyanat qəbul edilib. Bəyanatda deyilir:

“Klassik Xalq Cəbhəsi Partiyası Türkiyə Cümhuriyyətində baş verən son olaylarla əlaqədar terroru qətiyyətlə pisləyir, Şəhidlərin sayəsində mövcud olan Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin son əməliyyatlarını təqdir edir, siyasi və hərbi qərarların birgə yerinə yetirilməsini doğru sayır. Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin son əməliyyatları Şəhidlərin qanlarının yerdə qalmayacağına böyük ümid yaradır. Inanırıq ki, bu əməliyyatlar 10 illər boyu mövcud olan PKK-nın fəaliyyətinə son verəcəkdir”.

Klassik Xalq Cəbhəsi Partiyası Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanlara görə üzüldüyünü bildirir və ailə üzvünü itirmiş şəxslərə başsağlığı verir. Bu təbii imtahandan da Türk insanının səbr və dəyanətlə çıxacağına inanır. Bu ağır günlərdə bütün Azərbaycan milliyətçilərinin Türk xalqı ilə bir yerdə olduğunu bildirir.

Urmu gölünün qurudulması ilə bağlı məsələni müzakirə edən Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyəti məsələylə bağlı Azərbaycan hakimiyyətindən dəqiq və sərt mövqe bildirməsini tələb edir.

Klassik Xalq Cəbhəsi Partiyası Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin müraciətini müzakirə edib. KXCP - Qərbi Azərbaycana Qaydış Birliyinin hakimiyyət qarşısında qaldırdığı tələbləri dəstəklədiklərini bildirir. Müraciətdə irəli sürülən təkliflərin mütəxəssislər tərəfindən araşdırılmasını doğru sayır.


Geri qayıt