Əsas Səhifə > Siyasət, Manşet > BƏYLƏR ƏYYUBOV VİLYAM HACIYEVİ DANLAYIB

BƏYLƏR ƏYYUBOV VİLYAM HACIYEVİ DANLAYIB


6-07-2012, 12:33
BƏYLƏR ƏYYUBOV VİLYAM HACIYEVİ DANLAYIB

GENERAL İCRA BAŞÇISINA «MƏNİM ADIMDAN AZ İSTİFADƏ ET» DEDİ

DİA.AZ: - Samux rayonundan İmişliyə transfer olunan Vilyam Hacıyevin bu rayon sakinlərini də cana doydurması haqda məlumatlar davamlı olaraq diqqətinizə çatdırılmaqdadır. Mətbuatda yer alan xəbərlərdə də qeyd olunur ki, Vilyam Hacıyev İmişli icra hakimiyyətinin başçısı postuna təyin olunar-olunmaz yerli sahibkarlara divan tutmağa başlayıb.

Hətta bu günlərdə baş verən maraqlı bir olay da icra başçısını mətbu diqqətə gətirmişdi. Belə ki, yerli şəkər zavodunun fəhlələrindən biri Vilyam Hacıyevə «bizə zavoda 250 manat maaş verirlər, amma kürd əsilli fəhlələr 10 dəfə artıq maaş alır» şikayətini edərkən icra başçsı həmin İmişli sakininə «burada kürdlər ağadır və belə də olmalıdır» cavabını vermişdi.

Onu da qeyd edək ki, Vilyam Hacıyevin özünü bu qədər əmin və sərbəst aparmasının bir nədəni də onun Xüsusi Dövlət Mühafizə Xilmətinin rəis müavini general Bəylər Əyyubova güvənməsidir. Məhz generalın adından sui-istifadə edən Vilyam Hacıyev hətta bu yolla sahibkarların da varidatını talayıb. Məsələn, onun Samuxdakı «qəhrəmanlıqlarından» biri hesab olunan Samux rayon Asfalt Beton Zavodunun müdiri sahibkar Nəsrullə Nəzərova yarım milyon manat atması faktını günü bu gün də məhkəmə instansiyalarının araşdırmasına baxmayaraq, məhz Bəylər Əyyubovun adından istifadə edən Vilyam Hacıyevə hələ də «gözün üstə qaşıni var» deyən yoxdur və məhkəmə orqanları məhz generalın adından ehtiyatlanaraq icra başçısının xeyrinə qərar çıxararaq Azərbaycan dövlətinin adına utanc qərarlar qəbul etməkdədirlər.

Bununla bağlı DİA.AZ-a çox maraqlı bir məlumat da daxil olub. Məlumatı verən mötəbər mənbənin sözlərindən belə aydın olur ki, artıq Vilyam Hacıyevin işləkləri generalın qulağına çatıb: «Məlum olur ki, sən demə, Vilyam Hacıyevin adından sui-istifadə etməsindən Bəylər Əyyubovun xəbəri yox imiş. Və bundan xəbər tutan general icra başçısına qəzəblənib və hətta adamları vasitəsilə icra başçısına ismarıc da yollayıb ki, bir daha onun adından harasa müraciət etməsin».


Geri qayıt