Əsas Səhifə > Partiya > “2-Cİ HAKİMİYYƏT PARTİYASI” RƏHBƏRSİZ QALDI

“2-Cİ HAKİMİYYƏT PARTİYASI” RƏHBƏRSİZ QALDI


6-07-2012, 12:05
“2-Cİ HAKİMİYYƏT PARTİYASI” RƏHBƏRSİZ QALDI

MƏMMƏD ƏLİZADƏ SİYASƏTƏ “ƏLVİDA” DEDİ

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə partiya sədrliyindən və siyasətdən getdi.

Bu barədə Avrasiya.net-ə M.Əlizadənin özü məlumat verib. Onun sözlərinə görə, 1992-ci ildən partiya sədridir: «Artıq yorulmuşam, yerimi gənclərə vermək istəyirəm. Partiyanın nizamnaməsinə uyğun olaraq qərar aldım ki, səlahiyyətlərimi birinci müavinim Mirkazım Seyidova verəm. Artıq qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılıb».

M.Əlizadə onu da deyib ki, onun partiyada lider kimi qalması da təklif olunub. Amma o, razılaşmayıb: «Mənə elə gəlir ki, liderlik partiyanın dağıdır. AMİP, ACP, ALP, ASDP-nin timsalında bunu gördük».

Bundan sonra fəaliyyətini siyasi təcrübəsinə uyğün olaraq davam etdirəcəyini deyən M.Əlizadə politoloq və yaxud da siyasi icmalçı kimi özünü təqdim edəcəyini bildirib.

DİA.AZ bildirir ki, bir zamanlar Məmməd Əlizadənin rəhbəri olduğu təşkilatı cəmiyyətə “2ci hakimiyyət partiyası” kimi təqdim edirdilər. Və bu məsələdə hakimiyyətin müəyyən dairələrinin maraqlı olduğu da söylənilirdi. Hətta ayrı-ayrı yerlərdə məhz bu saxta status heasbına bu gün siyasətdən gedən Məmməd Əlizadənin neçə-neşə sahibkarın pulunu mənimsədiyi də söylənilir.


Geri qayıt