Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AHISQALARIN VƏTƏNƏ DÖNÜŞÜ MÜZAKİRƏ OLUNUB

AHISQALARIN VƏTƏNƏ DÖNÜŞÜ MÜZAKİRƏ OLUNUB


5-07-2012, 15:16
AHISQALARIN VƏTƏNƏ DÖNÜŞÜ MÜZAKİRƏ OLUNUB

RAUF ZEYNİ İLƏ GÖRÜŞDƏ

DİA.AZ: - Bu gün Azərbaycan Milli QHT Forumunda forumun prezidenti Rauf Zeyni ilə Ahısqa Türklərinin “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov, sədr müavini Kamal İbrahimoğlu və birliyin Gənclər Təşkilatının sədri Orxan Faiq arasında “Ahısqa Türklərinin Vətənə qayıdışı” mövzusunda görüş keçirilib.

DİA.AZ-a verilən məlumata görə, MQF-nin prezidenti Rauf Zeyni ilk öncə qonaqları salamladı və Ahısqa Türklərinin “Vətən” İctimai Birliyinin yeni seçilmiş sədri İbrahim Məmmədovu bu münasibətlə təbrik etdi: “O, ATVİB-in öz vətənlərinə qayıtmaq problemi ilə məşğul olan yeganə təşkilat olduğunu qeyd etdi və bidirdi ki, Ahısqa türklərinin haqlı mücadilələrini Forum adından hər zaman dəstəkləyir.

Görüş zamanı o da müzakirə olundu ki, 1997-ci ildə yaranmış təşkilat yeni adla qeydiyyatdan keçərək Ahısqa türklərinin "Vətən” İctimai Birliyini yaratmışdır. Öz doğma yurdlarına dönmək üçün bu birliyin ayrı-ayrı ölkələrdəki şöbələri bütün səy və bacarıqlarını sərf еdirlər.Birlik Gürcüstan hökuməti tərəfindən irəli sürülən məsələləri müzakirə еdir, konkrеt mövqе bildirir. Onların ən başlıca tələbi ana vətənlərində kompakt şəkildə yaşamaqdır. Çünki dağınıq şəkildə yaşamaq onları bütün siyasi, iqtisadi və mədəni hüquqlardan məhrum еtmək dеməkdir. Onlar öz ana dillərində təhsil, radio-tеlеviziya vеrilişləri, qəzеtləri və s. olmasını istəyirlər. Bir sözlə, sivil dünyanın bütün hüquqlarından yararlanmağa cəhd göstərirlər.

Rauf Zeyni qeyd etdi ki,”Ahısqa Türklərinin Vətənə qayıdışı” proqramı hazırlanmalıdır və MQF də bu proqrama lazım olan dəstəyini hər zaman göstərməyə hazırdır. Görüş qarşılıqlı anlaşma və fikir mübadiləsi şəklində yekunlaşdı”.


Geri qayıt