Əsas Səhifə > Ölkə, Manşet > KƏMALƏDDİN HEYDVROVU HƏBS ETMƏSƏLƏR DƏ…

KƏMALƏDDİN HEYDVROVU HƏBS ETMƏSƏLƏR DƏ…


5-07-2012, 14:27
KƏMALƏDDİN HEYDVROVU HƏBS ETMƏSƏLƏR DƏ…

ONUN VƏZİFƏDƏN ALINMASI DA GÖZLƏNİLƏNDİR

DİA.AZ: - Bir müddət əvvəl mətbuatda belə bir informasiya yayıldı ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni siyasi təşkilat yaradır və artıq bu barədə hətta nazir özünə yaxın bildiyi şəxslərə müvafiq tapşırıqlarını da verib. Xatırladaq ki, həmin məlumatlarda qeyd olunurdu ki, Kəmaləddin Heydərovun partiyası bu ilin əvvəllərindən fəaliyyətə başlayacaq. Amma bunların heç biri baş vermədi.

DİA.AZ-a bu məsələ ilə əlaqədar yeni informasiyalar ötürüb. Belə ki, Nazirlər Kabinetindəki bilgili qaynağın iddialarına görə, əslində Kəmaləddin Heydərovun partiya yaratma təşəbbüslərinə düşməsi barədə deyilənlər yalan olmayıb: «Bu həqiqət idi. Kəmaləddin Heydərov həmin ərəfədə çox gərgin dövrlərini yaşayırdı və məqsədli şəkildə belə bir niyyətinin olması xəbərini cəmiyyətə sızdırmaqla FHN şefi əslində bir çox çevrələrə ismarıclarını çatdırmış oldu. Və istədiyi nəticəni əldə edə bildi».

Buradan belə aydın olur ki, Kəmaləddin Heydərov əslində «partiya yaradaram» deyib kimlərisə hədələyibmiş. Bunun məhz belə olduğunu bildirən məlumatlı mənbə əlavə olaraq qeyd etdi ki, FHN şefinin əslində böyük bir partiyası mövcuddur: «Sadəcə olaraq bu partiya elan olunmayıb və adı qoyulmayıb. Bu gün Kəmaləddin Heydərovun əlində böyük bir təşkilatlanmış güc var. FHN şefi tək-tük məmurlardan biri hesabt olunur ki, bir kimsəyə yox, məhz onun şəxsinə bağlı minlərlə adamı var və həmin adamlarına istədiyini əmr edib, icra etdirə bilər».

Məhz buk imi keyfiyyətlərinə görə, hər zaman hakimiyyətin yuxarı olimpində təhlükəli fiqur kimi xarakterziə olunan Kəmaləddin Heydərovun ara-sıra təzyiqlərə əl atdığı da söylənilir. Məlumatlı qaynağanı bildirdiyinə görə, FHN şefinin partiya yaratma təşəbbüslərinin birdəfəlik olaraq gündəmdən çıxdığını da söyləmək doğru deyil: «Qarşıdan 2013-cü ilin prezident seçkiləri gəlir. Bu seçkilər ərəfəsində hakimiyyət içində zəlzələ effekti yaradacaq hadisələr baş verəcək. Hətta Kəmaləddin Heydərovun vəzifəsindən alınması da mümkündür. Doğrudur, onun kimi birisinin Fərhad Əliyevin, Əli İnsanovun taleyipni yaşaması, qollarının kabinetindəcə qandallanması qeyri-mümkündür. Amma Kəmaləddin Heydərov vəzifəsindən alına bilər və belə bir hadisənin mümkünlüyü şəraitində FHN şefinin birdəfəlik olaraq siyasi proseslərdən uzaqlaşacağı gözlənilən deyil. Deməli, yenə də partiya yaratmaq, partiya yaradaraq seçkilərə qatılmaq kimi bir yol görünür».

Bunun həm də FHN şefinə əlindəki biznes imkanlarını qoruya bilməsi üçün gərəkən olduğunu bildirən mənbəmiz bir maraqlı faktı da açıqladı ki, hazırda bəzilərində Kəmaləddin Heydərovun əsas biznesinin Azərbaycanda olması barədə qənaətlər var: «Bu yanlışdır. Kəmaləddin Heydərov bu gün Rusiyada, Türkiyədə və Avropanın bəzi ölkələrində geniş biznes imkanlarına malikdir ki, həmin biznesi ilə Azərbaycandakı biznesini heç müqayisə etmək də doğru deyil. Kəmaləddin Heydərov sadəcə olaraq, Azərbaycanda administrativ rıçaqlar hesabına böyük pullar əldə edir. Məsələn, hələ də gömrük orqanlarının və vergilər nazirliyinin onun nəzarətində olması FHN şefinin böyük pulları qazanmasına şərait yaratmaqdadır».

Geri qayıt