Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: İRAN SƏFİRLİYİ FƏALİYYƏTİNİ DAYANDIRIR

ŞOK: İRAN SƏFİRLİYİ FƏALİYYƏTİNİ DAYANDIRIR


5-07-2012, 13:23
ŞOK: İRAN SƏFİRLİYİ FƏALİYYƏTİNİ DAYANDIRIR

FARS-MOLLA REJİMİ RƏSMİ BAKIYA DİPLOMATİK TƏZYİQLƏR ETMƏK İSTƏYİR

DİA.AZ: - Bakıda keçirilən “Avroviziya-2012” mahnı müsabiqəsi ərəfəsində Bakı ilə Tehran arasında yaranmış gərgin münasibətlər səbəbindən Bakını tərk etmiş İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami Bakıya qayıdıb. İran səfirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, səfir ötən həftənin cümə günündən Bakıda öz fəaliyyətini davam etdirir. Qeyd edək ki, səfirin geri çağırılmasına İranın Bakıdakı səfirliyi qarşısında keçirilən aksiyalar zamanı dini liderin təhqir olunmasının səbəb olduğu bildirilirdi.

Amma Bakıya dönəndən bir gün sonra yayılan məlumatda Bəhraminin diplomatik müddətinin başa çatdığı və yaxəın günlərdə Bakını tərk edəcəyi bildirildi. Diplomatik mənbələrdən “OLAYLAR”a sızan məlumata görə, Bəhrami gedəcək, onun yerinə isə heç kim təyin olunmayacaq. Buna səbəb İranın Azərbaycandakı səfirliyinin bağlanmasıdır. Mənbə bildirir ki, Azərbaycanda daxili siyasətə müdaxilə edən, cəmiyyətdə bölücülük yaradan İran səfirliyi bir müddət fəaliyyətini dayandıra bilər.

Səfirliyin fəaliyyətini konsulluq şöbəsi yerinə yetirəcək.

ŞOK: İRAN SƏFİRLİYİ FƏALİYYƏTİNİ DAYANDIRIR

DİA.AZ bildirir ki, artıq Azərbaycanın dövlət başçısı ilə görüşən Bəhrami səlahiyyətlərini başa vurub. Bununla bağlı diplomatik mənbələrdən redaksiyamızın əldə etdiyi bilgilərdə qeyd olunur ki, rəsmi Tehran bir müddətə həqiqətən də Bakıdakı səfir yerini boş saxlayacaq və bununla da öz aləmlərində Azərbaycana təzyiq etdiklərini nümayiş etmiş olacaqlar.

Mənbəmizin söylədikləri: “Artıq rəzmi Bakı bütün bunlardan xəbərdardır. Əslində bu fars-molla rejiminin çox ucuz bir şousudur. Hardansa eşidiblər ki, bu kimi təzyiqlər də olur dövlətlər arasında. Indi özlərini ABŞ-la eyni tuturlar”. Mənbəmiz Enn Dörsinin ardından 2 il Amerikanın Azərbaycana səfir yollamamısını xatırladaraq bildirdi ki, indi də anoloji təzyiqi İran tərəfi etmək fikrindədir ki, bu da səmərəsfiz olacaq: “Onsuz da münasibətlər yetərincə pozuqdur”.


Geri qayıt