Əsas Səhifə > Şou-biznes > JURNALİSTLƏR ÜÇÜN MÜĞƏNNİ SÜRPRİZİ

JURNALİSTLƏR ÜÇÜN MÜĞƏNNİ SÜRPRİZİ


5-07-2012, 13:03
JURNALİSTLƏR ÜÇÜN MÜĞƏNNİ SÜRPRİZİ

AQUTİN VƏ RÖYA: İKİSİ BİR ARADA

Azərbaycan estradasının tanınmış siması Röya Ayxan və Rusiyanın populyar ifaçısı Leonid Aqutin Milli Mətbuat Gününün 137 illiyi münasibəti ilə Bakının dəbdəbəli məkanlarından biri olan "Buta palace"da konsert proqramı ilə çıxış edəcəklər.

Röyanın prodüseri Kənan Bayramovun Milli.Az-a verdiyi eksklüziv məlumata görə, gecə jurnalistlərə həsr olunub və bir neçə sürpriz gözlənilir. Konsert proqramında hər iki müğənni repertuarlarındakı ən hit mahnıları ifa edəcək.

Say-seçmə jurnalistlərin dəvət olunduğu konsert iyulun 22-də, saat 21:00-da başlayacaq.

Qeyd edək ki, konsertin informasiya dəstəyi Milli.Az və Day.Az internet portallarına məxsusdur.

Geri qayıt