Əsas Səhifə > Dünya > “RUSİYAYA SATILMIŞ REJİM”

“RUSİYAYA SATILMIŞ REJİM”


5-07-2012, 12:59
“RUSİYAYA SATILMIŞ REJİM”

UKRAYNADA RUS DİLİ BÖHRANI DAVAM EDİR

Prezident Viktor Yanukoviçin parlamentdəki tərəfdarlarının səyi nəticəsində qəbul olunan və Ukraynada rus dilinə ikinci rəsmi dil statusu verən qanun layihəsi paytaxt Kiyevdə ciddi qarşıdurma yaradıb.

SalamNews xəbər verir ki, qanuna etiraz edən 5 mindən çox müxalifət nümayəndəsi “Rusiyaya satılmış rejim” şüarları səsləndirməyə başlayıblar. Aksiyaların getdikcə güclənməsi prezidenti 3 min “Berkut” çevik polis alayı qüvvələrini meydana göndərməsinə məcbur edib. Aksiya iştirakçıları ilə polis arasında yaranan qarşıdurma nəticəsində tərəflər bir-birinə gözyaşardıcı bombalar atıblar.

Etirazçılar arasında olan Ukraynanın boks üzrə dünya çempionu Vitali Kliçko da xəsarət alıb. Kiyevdə dil məsələsinə görə baş verən qarşıdurmalarla yanaşı, Ukrayna Ali Radasında siyasi böhran baş verib. Rada sədri Vladimir Litvin 248 səslə qəbul olunmuş qanun layihəsini təsdiq etməkdən imtina edib. Qanunun iqtidardakı “Regionlar” Partiyası tərəfindən saxtakarlıqla qəbul olunduğunu iddia edən V.Litvin bunu təsdiqləməyəcəyini deyib.

Geri qayıt